tehsil_xeberleri_metn “Firidun bəy Köçərli - Azərbaycan təhsil tarixi” adlı elmi - praktik konfrans keçirilib

“Firidun bəy Köçərli - Azərbaycan təhsil tarixi” adlı elmi - praktik konfrans keçirilib

“Firidun bəy Köçərli - Azərbaycan təhsil tarixi” adlı elmi - praktik konfrans keçirilib

Paytaxt məktəbində “Firidun bəy Köçərli - Azərbaycan təhsil tarixi” adlı elmi - praktik konfrans təşkil olunub.

AzEdu.azxəbər verir ki, konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri Sadiq Qurbanov, Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi Vasif Qafarov, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, F.B.Köçərli adına uşaq kitabxanasının direktoru Şəhla Qənbərova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Elnur Qasımov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva İrəvan Müəllimlər Seminariyasından, burada ilk pedaqoji fəaliyyətə başlayan və Azərbaycan ədəbiyyatına böyük töhfə verən görkəmli ziyalı Firidun bəy Köçərli barədə danışıb.

BŞTİ müdiri Mehriban Vəliyeva Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi” haqqında Sərəncamını əhəmiyyətli tarixi hadisə kimi qiymətləndirib. Bildirib ki, bu, İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib.

M.Vəliyeva İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı BŞTİ-nin müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, təhsil müəssisələrində “Dəyirmi masa”, seminar, görüş, sərgi və disputların təşkil edildiyini diqqətə çatdırıb. O, görkəmli maarifpərvər, ziyalı Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyətindən də bəhs edib.

Digər çıxış edənlər elmi-praktik konfransınümumi əhəmiyyətinə, məzmununa və örnək ideyasına görə xüsusilə diqqət çəkdiyini söyləyiblər. Bildiriblər ki, qədim İrəvan şəhərində 140 il bundan əvvəl fəaliyyətə başlayan Müəllimlər Seminariyası təhsil və pedaqoji fikir tariximizin, maarifçilik ideyalarının, milli mədəniyyətimizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edir. Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərli də bu parlaq ideyaların carçılarından biri olub.

İrəvan Müəllimlər Seminariyası və görkəmli ziyalı Firidun bəy Köçərlidən bəhs edən videoçarxlar nümayiş olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.