tehsil_xeberleri_metn FHN-in idmançıları qələbələr qazandı - Təhsil xəbərləri

FHN-in idmançıları qələbələr qazandı

FHN-in idmançıları qələbələr qazandı

Yanvarın 10-16-da Azərbaycan Boks Federasiyasının və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks mərkəzinin arenasında böyüklər arasında Azərbaycan çempionatı keçirilib.

Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, çempionatda 13 çəki dərəcəsi üzrə 29 komandadan 100 idmançı öz qüvvəsini sınayıb. Yarışda FHN-in boks komandası İdman-sağlamlıq klubunun əməkdaşı İlkin Ağayevin rəhbərliyi altında yüksək nailiyyətlər əldə edib. Belə ki, 86 kq çəki dərəcəsində komandanın üzvü Eldar Quliyev bütün rəqiblərinə qalib gələrək qızıl, 51 kq çəki dərəcəsində isə komandanın digər üzvü Nicat Abidov əzmkar mübarizə apararaq bürünc medala layiq görülüblər. Qaliblərə Azərbaycan Boks Federasiyasının və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları təqdim olunub. Qeyd edək ki, yarışda uğur qazanmış mükafatçılar boks üzrə yığma komandanın heyətinə cəlb olunaraq beynəlxalq yarışlarda iştirak edəcəklər.

Yanvarın 14-16-daMasallı Olimpiya İdman Kompleksinin arenasında Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləş növü üzrə Yeniyetmələr arasında Masallı rayon açıq turniri keçirilib. 2 yaş qrupunda keçirilən və 40 komandadan 750-yə yaxın idmançının mübarizə apardığı yarışda FHN-in İdman-sağlamlıq klubunun güləş komandası klubun əməkdaşı Elmir Qəmbərovun rəhbərliyi altında 4 idmançı ilə iştirak edib. Yeniyetmə oğlanlar arasında 60 kq çəki dərəcəsində komandanın üzvü Nihad Əsgərov 3 görüş keçirərək yarışın bürünc medalına sahib olub. Qaliblərə Azərbaycan Güləş Federasiyasının diplom və medalları təqdim olunub.

Yanvarın 14-16-da Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo idman növü üzrə U-18 yeniyetmə oğlanlar və qızlar arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda 41 komanda olmaqla 520-yə yaxın idmançı mübarizəyə qoşulub. Turnirdə FHN-in İdman-sağlamlıq klubunun cüdo komandası klubun əməkdaşı Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərib. Belə ki, qızlar arasında klubun xanım idmançısı 52 kq çəki dərəcəsində Fidan Qasımova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Cüdo yarışlarını izləyənlər arasında olan gənclər və idman naziri Fərid Qayıbov qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplom və medalını təqdim edərək onları təbrik edib.

Yanvarın 18-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılarla görüşərək onları əldə etdikləri nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...