tehsil_xeberleri_metn Fənn müsabiqələrində dəyişikliklər edilib - Təhsil xəbərləri

Fənn müsabiqələrində dəyişikliklər edilib

Fənn müsabiqələrində dəyişikliklər edilib

2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunacaq.

Elm və Təhsil Nazirliyindən"Report"a bildirilib ki, informatika fənni üzrə müsabiqələrdə iştirak etmək istəyən VII sinif şagirdləri Elm və Təhsil Nazirliyinin “Azercell Telecom” şirkəti ilə əməkdaşlığı çərçivəsində keçirilən “Azercell CUP” müsabiqəsinə qoşula biləcəklər.

Bununla yanaşı, fənn müsabiqələrində şagirdlərə təqdim edilən məntiq bloku ləğv olunur. Belə ki, iştirakçılar sadəcə müvafiq fənn üzrə tapşırıqları həll edəcəklər. Müsabiqənin iki mərhələsi qapalı test tapşırıqları formatında, final mərhələ isə açıqtipli tapşırıqlardan ibarət olacaq.

Qeyd edək ki, fənn müsabiqələri qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur, müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbulolma şansını əldə edirlər.

Eyni zamanda, V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına Məntiq Olimpiadası cari tədris ilindən “Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadası” adlandırılacaq və şagirdlərə bu istiqamətdə müvafiq tapşırıqlar təqdim olunacaq.

Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadasının rayon (şəhər) mərhələsinin mart ayında keçirilməsi planlaşdırılır.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...