tehsil_xeberleri_metn Evi təmir edərkən xəzinə tapdı - Təhsil xəbərləri

Evi təmir edərkən xəzinə tapdı

Evi təmir edərkən xəzinə tapdı

İngiltərənin Şimali Yorkşir əyalətinin Ellerbi kəndindən olan cütlük evlərinin təmiri zamanı tapılan qızıl sikkələri 754 min funta satıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar hələ 2019-cu ildə 10 ildən çox yaşadıqları 18-ci əsrdən qalma evlərində beton döşəməni sökərkən bir neçə əsr yaşa malik və içərisində 264 qızıl sikkə olan gil qab tapıblar.

Məlum olub ki, sikkələr 1610-cu ildən 1727-ci ilə qədər - Kral I Yakov, I Karl və I Corcun hakimiyyəti dövründə zərb olunub.

Londonun "Spink & Son" hərrac evinin ekspertləri tapıntını 250 min funt sterlinq dəyərində qiymətləndiriblər. Lakin nəticədə xəzinə 754 min funt sterlinqə satılıb.

Qeyd edək ki, sikkələr əsrlər boyu odun, kömür və dəmir filizi alveri ilə məşğul olan, həmçinin Britaniya parlamentinin deputatları olan Fernli-Meyster tacir ailəsinə məxsus olub.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.