tehsil_xeberleri_metn Əqli Mülkiyyət Agentliyinin 3D modellərlə iddia ərizələrin qəbulu üzrə pilot layihəsi uğurlu hesab edilib

Əqli Mülkiyyət Agentliyinin 3D modellərlə iddia ərizələrin qəbulu üzrə pilot layihəsi uğurlu hesab edilib

Əqli Mülkiyyət Agentliyinin 3D modellərlə iddia ərizələrin qəbulu üzrə pilot layihəsi uğurlu hesab edilib
Avrasiya Patent İdarəsinin (APİ) vitse-prezidenti Emil Məmmədovun sədrliyi ilə Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının İnformasiya texnologiyaları üzrə daimi İşçi Qrupunun on birinci iclası keçirilib.

Bu barədəAZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, iclasda 2022-ci ilin dekabr ayının sonunda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində iddia ərizələrinə 3D modellərin əlavə edilməsi imkanı ilə müraciətlərin qəbulu üzrə başlanmış pilot layihəsi müzakirə olunub. Agentliyin əməkdaşları pilot layihəsinin imkanlarını yüksək qiymətləndirərək 3D texnologiyalarından istifadənin rahatlığını və bu texnologiyaların böyük potensialını qeyd ediblər.

Bu layihənin tətbiqi Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent) və Sənaye Mülkiyyəti Federal İnstitutunun təcrübəsi əsasında APİ-nin mütəxəssisləri tərəfindən həyata keçirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...