Emin Əmrullayev: "Şəxsi rəylərə əsaslanan mübahisənin təhsil üçün heç bir faydası yoxdur"

"Təhsil sahəsi daim ictimai müzakirə mövzusudur. Bu müzakirələrdə təhsildə nəticə nədir sualının verilməsi və cavabını tapması olduqca vacibdir. Bu məsələdə əsas olan fakt və rəyləri bir-birindən ayırmaqdır".

"Report"xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, nəticəyönümlü maliyyələşməyə keçid həm ictimaiyyətlə, həm maliyyə nəzarət qurumları, həm də digər aidiyyəti orqanlarla birgə düzgün diskussiya və dialoq üçün təhsilin nəticəsi nədir sualının cavabını müəyyən etməyə imkan verir: "Bütün müzakirə və mübahisələrimiz ölçüləbilən bu nəticələr əsasında olmalıdır. Bununla da şəxsi rəylər mübahisəsi etməmiş olarıq. Çünki şəxsi rəylərə əsaslanan mübahisənin təhsil üçün heç bir faydası olacağına inanmıram".

"İkinci böyük çağırış yəqin ki, müəyyən edilmiş indikatorların ölçmə məsələsidir. Burada da ənənəvi müzakirəmiz fərdi rəylər, qiymətləndirmələr və digər məsələlərlə bağlı olur. Yəni, nəyinsə yaxşı olması və ya olmaması əsasən statistik dataya əsaslanan fikir və faktlar yox, şəxsi rəy və subyektiv mülahizələrə daha çox rast gəlinir. Bu mənada nəticəyönümlü maliyyələşmənin ən böyük üstünlüklərindən biri nəinki nəticəni müəyyən etmək, həm də nəticəni ölçmək sualını da müəyyən mənada özündə cavablandırmış olur. Təbii ki, bunun maliyyə məsələsi olduqca vacibdir. Çünki yaxşı nəticəyə çatmaq üçün kifayət qədər vəsait lazımdır. Bir şeyi ölçmədən ona necə nail olmaqla bağlı suallar ortaya çıxır. Bizim üçün bu yanaşmanın üstünlükləri ilk növbədə təhsil siyasəti sahəsində olan ictimai müzakirələrə konkretləşmənin gəlməsi və istinad nöqtəsinin formalaşmasıdır", - nazir əlavə edib.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...