Emin Əmrullayev gəncləri görüşə topladı

Fevralın 2-də elm və təhsil naziri Emin Əmrullayev Gənclər Günü münasibətilə təhsil və elm sahəsində, ictimai həyatda uğur qazanmış bir qrup gənclə görüşüb.

NazirlikdənModern.az-a verilən xəbərə görə, STEAM İnnovasiya Mərkəzində keçirilən görüşdə şəhid övladları olan tələbələr də iştirak ediblər.


Görüş iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev hər birini Gənclər Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Emin Əmrullayev Azərbaycanda gənclərin təhsili üçün yaradılan imkanlardan söz açıb. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində onların savadlı yetişməsi, təhsilin əlçatanlığının artırılması əsas prioritetlərdəndir.

Gənclərimizin olimpiada uğurlarından danışan nazir bu sahədə görülən işlərə də toxunub. Emin Əmrullayev qeyd edib ki, olimpiadalarda əldə olunan nailiyyətlər sayəsində ölkəmiz top 50-də yer alan dünya ölkələri sırasındadır. Bu gün intellektual, dünyagörüşlü yeni nəslin yetişdiyini də vurğulayan nazir gənclərin xaricdə təhsili üçün həyata keçirilən dövlət proqramlarından söz açıb və qeyd edib ki, gənclər onlar üçün yaradılan imkanları qiymətləndirməyi bacarmalıdırlar.

Görüşdə iştirak edən gənclər də öz növbəsində təəssüratlarını bölüşüblər.

Görüşün davamında Emin Əmrullayev gəncləri maraqlandıran sualları cavablandırıb, rəy və təkliflərini dinləyərək onlarla fikir mübadiləsi aparıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...