Emin Əmrullayev: "Azad edilən ərazilərdə tikilən yeni məktəblər növbəti tədris ilində istifadəyə verilə bilər"

"Azad edilən ərazilərdə tikilən yeni məktəblər növbəti tədris ilində istifadəyə verilə bilər".

"Report"xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “45 dəqiqə” adlı təhsil proqramındadeyib.

Nazir bildirib ki, Şuşada yeni məktəbin tikintisi yekunlaşmaq üzrədir, bu tədris mövsümünün sonu işlər tamamlanmalıdır. Həmçinin Ağdamda 1 saylı orta məktəbin də tikintisi yekunlaşır:

"Azad edilən ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələrinin ailələri məktəblər fəaliyyətə başladıqdan sonra həmin yerlərdə yaşaya bilər. Əhali oraya köçürüldükcə, bu məktəblər də istifadəyə veriləcək. Suqovuşan qəsəbəsində məktəb tam olaraq hazırdır. Füzuli rayonunda peşə liseyi və məktəb tikintisi davam edir. Cəbrayılda 1 saylı məktəbin tikintisinə başlanılıb. Kəlbəcər rayonunda layihələndirmə işləri aparılıb".

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...