tehsil_xeberleri_metn Elmi konfrans: Heydər Əliyev və müstəqil Azərbaycan - Təhsil xəbərləri

Elmi konfrans: Heydər Əliyev və müstəqil Azərbaycan

Elmi konfrans: Heydər Əliyev və müstəqil Azərbaycan

Dekabrın 7-də AMEA-nın Rəyasət Heyətində Ümummilli Liderin anım gününə həsr olunan “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib. Konfransdan öncə ulu öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasındakı büstü önünə tər güllər düzülüb.

AZƏRTACxəbər verir ki, konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Müstəqillik yollarında: Heydər Əliyevdən - İlham Əliyevə” mövzusunda çıxış edib. Akademik qeyd edib ki, adı və xidmətləri Azərbaycanın yarım əsrlik tarixi ilə üzvi surətdə bağlı olan ulu öndər Heydər Əliyev bütün həyatı boyu daim dövlətini, xalqını düşünüb, ölkəmizin çiçəklənməsi və dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi istiqamətində tarixi addımlar atıb. Ümummilli Lider hələ 1967-ci ildə kommunist ideologiyasının sərt dövrlərində, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışarkən milli təfəkkürlü, azərbaycançılıq ideologiyasına bağlı olan kadrları qoruyub saxlayıb və xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlayıb.

Tədbirdə Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz qarşısında mühüm xidmətlərindən söz açılıb. Vurğulanıb ki, zəngin idarəetmə təcrübəsinə sahib olan Ulu Öndər qısa müddətdə müstəqil Azərbaycanın inkişafı naminə mühüm addımlar atıb, tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi” imzalanıb, hərbi, iqtisadi, siyasi, elmi, ədəbi, mədəni sahələrdə bir çox layihələr həyata keçirilib. Heydər Əliyevin əsasını qoyduğu ideya və strategiyalar, layihələr, dövlət proqramları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və çağırışlarından irəli gələrək zənginləşdirilib və həyata keçirilib. Məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın nüfuzlu və inkişaf etmiş dövlətlərindən birinə çevrilib.

Konfransda AMEA-nın müşavirləri akademiklər Yaqub Mahmudov “Heydər Əliyevin Azərbaycançılıq konsepsiyası və müasir dövr”, Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan dili”, Adil Qəribov “Heydər Əliyev və Azərbaycan elmi” və Qərib Məmmədov “Heydər Əliyev və Azərbaycanda aqrar islahatlar” mövzusunda məruzələrlə çıxış ediblər. Çıxış edənlər Ümummilli Liderin azərbaycançılıq ideologiyasının birləşdirici gücündən, dahi liderin Azərbaycanın tarixi şəxsiyyətlərinin irsinin, eləcə də milli kadrların yetişdirilməsi və qorunması sahəsindəki xidmətlərindən, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, zənginləşməsi və qorunması istiqamətindəki fərman və sərəncamlarından, Azərbaycan elminə və ziyalısına göstərdiyi diqqət və qayğıdan, eləcə də ölkəmizdə aqrar sahənin inkişafında həyata keçirdiyi addımlardan danışıblar.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...