E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb.

Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaşı, Abşeron - Xızı, Qarabağ, Mərkəzi Aran, Dağlıq Şirvan, Şəki - Zaqatala, Qazax - Tovuz, Gəncə - Daşkəsən və Quba - Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan müəssisələr üzrə 585 000 şagird və 39 000 müəllim istifadə edir.

Platformanın tətbiqinə dəstək vermək üçün təhsil müəssisələrinin pedaqoji və inzibati heyəti üçün təlimlər keçirilib.

Qeyd edək ki, layihənin məqsədi elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşdırılmasıdır. Sistem vasitəsilə hər müəssisə üzrə tədris növbələrinin təyin olunması, dərs cədvəllərinin tərtibi, elektron profillərin tənzimlənməsi və siniflər üzrə şagird məlumatlarının idarəolunması elektronlaşdırılıb. Bununla yanaşı, elektron jurnal şagirdlərin müvəffəqiyyət və davamiyyətini, mövzular üzrə dərs materiallarının mənimsənilməsi keyfiyyətini təhlil etmək imkanı yaradır. Müəllim-valideyn münasibətlərinin qurulması isə platformanın “Əks-əlaqə” bölməsi vasitəsilə həyata keçirilir.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...

Cəlilabadda orta məktəb binası bu vəziyyətdədir

Cəlilabadda orta məktəb binası bu vəziyyətdədir

Cəlilabad rayonunda Göytəpə şəhər V.Hüseynov adına 2 nömrəli tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb. Bu barədə "Report"un yerli bürosuna bir qrup valideyn məlumat verib. Onların sözlərinə görə, məktəbdə istilik sistemi, demək olar ki, yox vəziyyətindədir...