tehsil_xeberleri_metn Dövlət qulluğunda nələrə maraq azdır - Təhsil xəbərləri

Dövlət qulluğunda nələrə maraq azdır

Dövlət qulluğunda nələrə maraq azdır

Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, rəhbər vəzifələr üçün tələblər, iş stajı qoyulub. Nəticədə ümumi stajı 11 il, rəhbər vəzifədə 7 il olan adam imtahana gəlmir, lakin işləyir. "Gənc vəzifəyə gələ bilməz. Müəyyən staj tələb olunmayan yerlərə stajı olmayan şəxslər gələ bilər. Sektor müdirindən aşağı vəzifələrə staj tələb olunmur. Ali məktəb məzunları hər il bu imtahanlarda iştirak edib, iş qazana bilər. Gənclər üçün dövlət qulluğunda karyeranı başlamaq vacib istiqamətdir".

Sədr bildirib ki, dövlət qulluğuna qəbulla bağlı proses istənilən səviyyədə çevik olmur, elə də səmərə vermir.

"2018-ci ildə dövlət qulluğunda 17 min ştat vahidi var. Biz gözləyirik ki, imtahanlarda çoxlu iştirakçı olacaq. İmtahanın test mərhələsində iştirak edənlərin sayı 110 mindir. Sertifikat alanların sayı təxminən 4 minə yaxındır. Müsabiqədə iştirak edənlərin sayı sertifikat alanların ayından çoxdur. Çünki sertifikat alan bir şəxs müxtəlif müsabiqələrdə iştirak edə bilər. Müsahibə üçün qeydiyyatdan keçənlərin sayı isə həddindən artıq çoxdur. Çünki bir adam 25 yerə müsahibəyə yazılır, 3 yerə gəlir, qalanına yox. Buna bizim resurslarımız gedir, məsuliyyətsiz yanaşma var. Uğurla müsahibədən keçənlərin sayı isə sertifikat alanların təxminən 1/3-dir. Dövlət qulluğuna qəbul olunanların sayı təxminən 600 nəfərdir. Beləliklə, sertifikat alaraq müsabiqədən keçən 1200-dən çox insanın yarısı reyestrə dövlət qulluqçusu kimi daxil olunub".

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...