Dövlət qulluğu üzrə daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Bakı, 27 yanvar,AZƏRTAC

Yanvarın 9-da elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM)AZƏRTAC-a bildirilib ki, elan üzrə 11 dövlət orqanında mövcud olan 26 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 21 namizədlə 21 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə müraciəti vəziyyəti Bakı Apellyasiya Məhkəməsi, Ümumi şöbə (1 vakant yer üzrə 7 namizəd) üzrə yaranıb.

Müsahibələrin fevralın 1-dən 8-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...