tehsil_xeberleri_metn Dövlət Komitəsi: "Uşaqlarla bağlı komissiyalar birləşdirilməli, qadağalar qoyulmalıdır"

Dövlət Komitəsi: "Uşaqlarla bağlı komissiyalar birləşdirilməli, qadağalar qoyulmalıdır"

Dövlət Komitəsi: Uşaqlarla bağlı komissiyalar birləşdirilməli, qadağalar qoyulmalıdır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnaməyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihə hazırlayıb.

Bunu"Report"un sorğusuna cavab olaraq Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva bildirib.

O qeyd edib ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var: “Komissiya haqqında əsasnamə mövcuddur. Dövlət Komitəsi sözügedən əsasnaməyə əlavə və dəyişikliklər edilməsi üçün layihə işləyib hazırlayıb. Dəyişikliklərdə komissiyanın ştat cədvəlinə soisal işçi ştatının əlavə edilməsi nəzərdə tutulub. Belə ki, müvafiq sahədə fəaliyyətin daha səmərəli təşkilinə dəstək olmaq məqsədilə sosial işçilərə ehtiyac duyulur.

Digər dəyişiklik təklifi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə Qəyyumluq və Himayəçilik Komissiyasının vahid tərkibdə birləşdirilərək fəaliyyətini Uşaq məsələləri üzrə komissiya kimi davam etdirməsi ilə bağlıdır. Nəzərdə tutulan dəyişikliklərə əsasən vahid qurum olaraq fəaliyyət göstərəcək komissiya qəyyumluq və himayə məsələləri ilə yanaşı, əsasnamədə əksini tapan digər səlahiyyətləri yerinə yetirəcək".

Müdir müavini vurğulayıb ki, layihədə öz əksini tapmış digər təklif komissiyaların ildə iki dəfə və ya hər ilin sonunda öz fəaliyyətləri ilə bağlı Dövlət Komitəsinə hesabatlar təqdim etməsini nəzərdə tutur: "Belə ki, təqdim olunan hesabatlar əsasında Dövlət Komitəsində təhlillər aparılması və komissiyaların fəaliyyətinə dair ölkə hesabatının Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır. Həmçinin layihədə, intizam tədbiri olaraq uşaqları tərbiyəsinə, səhhətinə mənfi təsir göstərə biləcək hallardan müdafiə etmək məqsədilə onların bəzi yerlərə getmələrinə, yaxud müəyyən şəxslərlə ünsiyyətdə olmalarına bəzi qadağaların tətbiqi təklif edilir. Ümumilikdə layihə tamamlanmaq üzrədir. Razılaşdırıldıqdan sonra təsdiqi ilə bağlı müvafiq dövlət orqanına təqdim olunacaq".

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...