Dövlət İmtahan Mərkəzi və otk.az portalı yeni layihəyə başlayıb

Dövlət İmtahan Mərkəzi və otk.az portalı yeni layihəyə başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) və otk.az portalı yeni layihəyə başlayıb. Orta məktəb şagirdlərinin biliyinin qiymətləndirilməsi üçün fənlər üzrə sınaq imtahanı sual kitabçaları dərc olunub.

Bu barədəAZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, kitabçalar ilkin mərhələdə 5, 6, 7 və 8-ci sinif şagirdləri üçün hazırlanıb. Hər sinif üzrə 4 sınaq kitabçasının nəşr olunması nəzərdə tutulur. Hər sual kitabçası tədris ilinin ¼ hissəsini əhatə edir.

Kitabçada hər bir fənn üzrə 10 test tapşırığı (5-ci sinif 5 fənn, 6-cı sinif 10 fənn, 7 və 8-ci siniflər 11 fənn) verilib.

Sual kitabçası daxilində rahat ayrılaraq istifadə oluna biləcək unikal iş nömrəsi və QR kod ilə təchiz olunmuş “Cavab kartı” yerləşdirilib.

Cavab kartındakı QR kod vasitəsilə şagirdlər otk.az portalına keçid edərək əlavə ödənişsiz daha bir onlayn sınaq imtahanı da verə biləcəklər.

Cavab kartındakı QR kod vasitəsilə otk.az portalına keçərək və yahttps://otk.az/?menu=sualkitabchalariünvanına daxil olaraq test tapşırıqlarının cavablarını müvafiq xanalara daxil etməklə nəticəni (toplanılan balı) öyrənmək mümkündür.

Bu kitabça vasitəsilə:

- Müəllimlər keçilən mövzular üzrə şagirdlərin biliyini operativ yoxlaya bilərlər;

- Valideynlər ev şəraitində sınaq imtahanı keçirməklə övladlarının hazırlıq səviyyələrini müəyyənləşdirə bilərlər .

- Şagirdlər mövzular və fənlər üzrə biliyini yoxlaya, həmçinin ev şəraitində onlayn sınaq imtahanından da yararlana bilərlər.

Sual kitabçalarını (№1) şəhərin bütün kitab mağazalarından əldə etmək mümkündür. Yalnız orijinal sual kitabçalarından istifadə etdikdə ödənişsiz sınaq imtahanından istifadə edə bilə və sual kitabçası üzrə nəticənizi əldə edə bilərsiniz. Kitabçaların qiyməti 3 manatdır.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...