Dövlət İdarəçilik Akademiyasında “SABAH Akademiya”nın açılışı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “SABAH Akademiya”nın açılışı olub.

AZƏRTACxəbər verir ki, açılış mərasimində “SABAH Akademiya” haqqında məlumat verilib. Bildirilib ki, “SABAH Akademiya”nın məqsədi gənclər arasında innovasiya, sahibkarlıq ruhunu yüksəltmək, ölkədə rəqabət qabiliyyətli sahibkarlıq ekosistemi yaratmaq və bu sahədə kadr potensialını formalaşdırmaqla insan inkişafına töhfə verməkdir. Proqram Elm və Təhsil Nazirliyinin “SABAH lab” Proqramı və Dövlət İdarəçilik Akademiyasının ikili əməkdaşlığı çərçivəsində həyata keçirilir. “SABAH Akademiya” Azərbaycanda rəqabətqabiliyyətli innovasiya və sahibkarlıq ekosistemi yaratmaq üçün gəncləri lazımi bacarıqlarla təmin etmək məqsədilə yaradılıb. Bütün bunları nəzərə alaraq, hazırda iqtisadiyyatın qeyri-neft sektorlarını inkişaf etdirmək üçün böyük fəaliyyət başlayıb. “SABAH Akademiya”nın əsas hədəfi Azərbaycanda və regionda innovasiyaların əsasını qoymaq, iqtisadi inkişafa təkan vermək üçün ölkədə rəqabətli ekosistem yaratmaqdır.

Təhsil proqramı çərçivəsində beynəlxalq universitetlərin (Stanford, IE Business School) professorları tərəfindən dərslərin tədrisi həyata keçiriləcək. Proqram daxilində tələbələr innovativ təlim proqramına cəlb olunurlar. Digər bir üstünlük də ondan ibarətdir ki, iştirakçılar bu proqram daxilində akademik nəzəriyyə ilə yanaşı, birbaşa tətbiq edə biləcəkləri praktikanı öyrənirlər. Dərslər əsasən eksperimental və praktiki yanaşma ilə keçiriləcək. Proqramın məzunları Avropada reytinqdə birinci yerdə olan IE Business School və “SABAH Akademiya” tərəfindən imzalanmış beynəlxalq təhsil sertifikatı alacaqlar.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov proqramın əhəmiyyətindən danışıb. Rektor ölkənin inklüziv inkişafı ilə bağlı məlumat verib, qazanılan uğurların kökündə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu xüsusi vurğulayıb.

Akademik U.Ələkbərov bildirib ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Qeyd olunub ki, ölkənin hazırkı davamlı inkişafı innovativ dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl islahatların nəticəsidir.

U.Ələkbərov işğaldan azad olunmuş ərazilərdə aparılan geniş quruculuq işlərindən bəhs edib, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin gücünün daha da artırılmasını, yüksək rifah cəmiyyətinin qurulmasını, azad edilmiş bölgələrə tarixi qayıdışın təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...