Direktorları ciddi sınaq gözləyir

Direktorları ciddi sınaq gözləyir

“Ümumtəhsil müəssisələrində işləyən direktor, direktor müavinləri, metodist və yerli təhsil idarəetmə orqanlarının işçilərinin biliklərinin diaqnostik qiymətləndirilməsi keçirilib”.
Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov“Günün Nəbzi” verilişində deyib.
Məktəblərdə müəllimlərlə yanaşı, eyni zamanda rəhbər işçilər, direktor, direktor müavinləri, yerli təhsil idarəetmə orqanlarında işləyən metodistlər, dövlət qulluqçularının da dərs dediklərini xatırladan E.Bağırov bildirib ki, buna görə onlar üçün də diaqnostik qiymətləndirilmə keçirilməsi zərurəti yarandı: “ Düşündük ki, əgər dərslərin bir hissəsini bu qəbildən olan işçilər tədris edirsə, onların da ixtisas biliklərinin yoxlanılması lazımdır. Buna görə avqust ayının ortalarında direktor, direktor müavinləri metodistlər və dövlət qulluqçularının da diaqnostik qiymətləndirilməsini apardıq. Nəticələr həmin gün namizədlərin özlərinə bildirildi”.
Qurum rəsmisi deyib ki, qiymətləndirilmənin nəticələrindən asılı olaraq onların məktəbdə dərs aparıb-aparmamaqları ilə bağlı təkliflər hazırlanacaq: "Hələ ki, təhlillər aparılır. Bəllidir ki, kənd məktəblərində bəzi hallarda kadr çatışmazlığı olduğu üçün direktor, direktor müavinlərinə də dərs saatları ayrılır. Onlarda dərs saatları qalacaq, tədrisə davam edəcəklər. Amma şəhərdə, mərkəzi məktəblərdə tədris aparan direktor, direktor müavinlərinin tədrisə davam edib-etməyəcəkləri onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələrdən asılı olacaq”.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......