Direktor və müavinlərinin sertifikasiyadan keçməməsi ədalətsizlik olar-ETİRAZ

Direktor və müavinlərinin sertifikasiyadan keçməməsi ədalətsizlik olar-ETİRAZ - 1
“Məktəb direktorları və müavinlərinin müəllimlərdən hər hansı üstün cəhəti yoxdur ki, onlara müəyyən güzəştlər edilsin”.

İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır.

Prosesi üzrə test imtahanı mərhələsinin keçirilməsinə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur. Təhsil İnstitutu daümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.

Son zamanlar müəllim auditoriyasının çox sayda müşahidə olunan narazılıqları, həmçinin,bir sıra məktəb rəhbərlərinin arzuolunmaz fəaliyyətləri də gündəmdə ciddi müzakirə mövzusudur.

Bəs bütün bunları nəzərə alaraq direktorlar və onların müavinlərinin də fəaliyyətləri üzrə sertifikasiyadan keçirilməsinə nə dərəcədə ehtiyac var?

Sabiq deputat, tanınmış pedaqoq Sona ƏliyevaAzEdu.az-a açıqlamasında mövcud vəziyyəti dəyərləndirib:

“Mən ümumiyyətlə, müəllimlərin davamlı olaraq imtahanlara, sertifikasiyaya cəlb olunmasının əleyhinəyəm. Müəllimi hazırlayan, ali təhsil haqqında diplomu ona verən, imtahandan keçirib məktəbə işə qəbul edən qurum Təhsil Nazirliyidir. Bu qədər prosesdən sonra müəllimin biliyinə şübhə göstərən yenə də Təhsil Nazirliyidir. Bu, bir az absurd məsələdir, eyni zamanda, sistem düzgün qurulmayıb”.

Pedaqoq ümumi sertifikasiya prosesi ilə bağlı narazılıqlara diqqət çəkib:

“Bütün dünyada müəllimlər sertifikasiyadan keçirilir, amma fərqli format tətbiq olunur. Müəllim Akademiyası, yaxud fərqli adlarda fəaliyyət göstərən qurumlar olur ki, onlar öncədən müəllimləri hazırlaşdırır və daha sonra sertifikasiyaya cəlb edir. Sinqapur modeli buna misaldır. Biz də isə bu müəyyən qədər qanunauyğun deyil. Müəllimləri imtahana cəlb edirik, ancaq əvvəlcədən onlara hazırlıq üçün müəyyən zaman vermirik. Doğrudur, sertifikasiya ilə bağlı məsələ qanunda öz əksini son illərdə tapıb. Bu mövzuda qərar çox qısa müddətdə alındı, müəllimlərə heç olmasa, bir az vaxt verilməli idi”.

O, direktorlar və müavinlərinin də sertifikasiyadan keçirilməli olduğunu vurğulayıb:

“Fikrimcə, məktəb direktorları və müavinlərinin müəllimlərdən hər hansı üstün cəhəti yoxdur ki, onlara müəyyən güzəştlər edilsin. Doğrudur, direktorlar və onların müavinlərinin pedaqoji fəaliyyətləri nisbətən azdır, əsasən, idarəetmə ilə məşğuldurlar. Amma onlar da öz fəaliyyətləri üzrə sertifikasiyaya cəlb olunsunlar. Təhsil ictimaiyyəti, müəllim auditoriyasını müşahidə etdiyim qədərilə, müəllimlərə qarşı davamlı təzyiq mövcuddur. Mütəmadi olaraq sosial şəbəkələrdə, müəllim qurupları arasında qarşılaşdığım çoxsaylı narazılıqlar əsasında bu nəticəyə gəlmişəm. Onları bu qədər narazı salmaq doğru deyil, optimal variant tapılmalıdır. Müəllim cəmiyyəti inşa edir və onlara qarşı olunan ədalətsizlik də elə cəmiyyətdə ədalətsizliyin təməlini qoyur”.

Pedaqoq məktəb rəhbərlərinin sertifikasiyaya cəlb edilməsinin ədalət baxımından doğru olduğunu qeyd edib:

“Sanki ikiyə ayrılmış qrup mövcuddur: Bürokratik sistem təhsil idarəediciləri və məzlum müəllim kütləsi. Cari mənzərə kənardan belə görünür, bu yaxşı hal deyil. Müəllimləri başa düşmək, onları dinləmək, təkliflərini gündəmə gətirmək lazımdır. Düşünürəm ki, cəmiyyətin öndə gələn ziyalılarını, fədakar müəllimlərini toplamaq və ortaq məxrəcə gəlmək lazımdır. Direktorlar və onların müavinləri sertifikasiyaya cəlb olunmasa bu müəllim cəmiyyətində haqlı olaraq birmənalı qarşılanmayacaq. Bəzi qərarlar elə verilməldir ki, narazılığa səbəb olmasın. Direktor müavinlərinin sayı çox azdır, amma müəllim kütləsi kifayət qədər genişdir. Düşünürəm ki, təhsil cəmiyyətini narazı salmamaq, ədalət tərəzisini nisbətən nizamlamaq baxımından direktorlar və müavinlərinin fəaliyyətlərinə uyğun sertifikasiyadan keçirmək lazımdır”

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...