tehsil_xeberleri_metn Direktor və müavinləri də mütləq sertifikasiyadan keçməlidirlər -Gözlənilməz TƏKLİF

Direktor və müavinləri də mütləq sertifikasiyadan keçməlidirlər -Gözlənilməz TƏKLİF

Direktor və müavinləri də mütləq  sertifikasiyadan keçməlidirlər -Gözlənilməz  TƏKLİF

“Direktorların sertifikasiya prosesindən keçməsi olduqca vacibdir”.

Bu sözləriAzEdu.az-aaçıqlamasındatəhsil məsələləri üzrə mütəxəssis Elşən Qafarovdeyib.

İyundan müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılacaq.

Bu məsələ direktorların və digər rəhbər işçilərin də bilik və bacarıqlarının yoxlanılması məsələsini gündəmə gətirib.

Direktor və müavinləri üçün də sertifikasiya keçirilə bilərmi?

Elşən Qafarov məsələ ilə bağlı fikirlərini bildirib:

“Hazırda müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb. Yaxın aylarda həmin məsələyə start veriləcək.

Bununla yanaşı direktor və müavinlərinin sertifikatlaşdırılması da həyata keçirilə bilər. İşin tətbiqinə müəllimlər bu prosesdən keçdikdən sonrakı dövrdə başlanıla bilər. Lakin elə vəziyyət yarana bilər ki, müəllimlər üçün nəzərdə tutulan sertifikasiyanın test mərhələsindən sonra direktor və müavinlərinə görə prosesə start verilsin.

Təhsili inkişaf edən bütün ölkələrdə müəllimlərin sertifikatlaşdırılması ilə yanaşı, təhsil sahəsində olan rəhbər şəxslərin də bilik və bacarıqları yoxlanılır. Hazırda olan vəziyyətə görə direktor və müavinləri gələcək fəaliyyətlərini davam etdirmək istədikləri təqdirdə hökmən sertifikasiyadan keçməlidirlər. Bu, onların direktor kimi sertifikatlaşması anlamına gəlməməlidir, çünki onlar ayrı-ayrı fənlər üzrə müəllimlərdir. Onlar həmin fənlər üzrə müəllim olaraq Təhsil Nazirliyinin müəyyən etdiyi saat miqdarında dərs keçmək istəyirlərsə, tədris etdiyi fənlər üzrə sertifikasiyadan keçməlidirlər. Onların direktor və müavin kimi sertifikatlaşdırılması Təhsil Naizrliyi tərəfindən həyata keçiriləcəkdir. Bununla bağlı addımların atılacağı gözlənilir”.

Ekpert direktorların sertifikasiyadan keçməsində nə kimi vacib məqamların olacağına aydınlıq gətirib:

“Direktorların sertifikatlaşdırılması təhsil və əmək qanunvericiliyi, o cümlədən məktəb işinin təşkili ilə bağlı nüansları özündə əks etdirə bilər.

Ölkədə hazırda heç kim sertifikasiyadan keçməyib, elə direktorlar olur ki, onlar 20 ildən çox eyni məktəbdə fəaliyyət göstərir, lakin bu kimi hallar müəllimlərə də aid edilir. Sertifikasiyadan keçən hər təhsil işçisi 5 il ümumtəhsil məktəbində işləmək hüququ alır. Düşünürəm ki, növbəti mərhələlərdə müəllimlərin də uzun müddət bir yerdə işləməsi məsələsinə baxılalacaq. Çünki müəllim 40 il bir yerdə işləyir və 65 yaşına çatan zaman işdən ayrılmalı olur və bu, ona çox böyük psixoloji sarsıntı yaşadır. Müəllim 5 ildən bir iş yerini dəyişsə, uzun illər bağlandığı yerə olan marağı azalacaqdır.

İşində uğur qazanan direktor və müavinləri isə daha inkişaf edən məktəblərə irəli çəkilməlidir. Uğur qazana bilməyənlər isə daha kiçik təhsil müəssisələrinə yerdəyişmə etməlidir”.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...