DİM: Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesi başa çatıb

Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesi başa çatıb. Ümumilikdə 2785 nəfər öz ərizəsini təsdiq edib.

Bu barədəAZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, qeydiyyatdan keçmiş namizədlər ilk olaraq DİM-in inzibati binasına və regional bölmə mərkəzlərinə müsahibəyə dəvət edilib. DİM-in məsul əməkdaşları tərəfindən aparılan müsahibələrdən 1499 namizəd uğurlu nəticə əldə edərək ilkin test imtahanında iştirak hüququ qazanıb.

İlkin test imtahanı zamanı namizədlərə ümumi intellekt səviyyəsinin yoxlanılmasına aid tapşırıqlarla yanaşı, onların şəxsi keyfiyyətlərinin (emosional davamlılıq, əzmkarlıq, məsuliyyətlilik və s.) qiymətləndirilməsi üçün psixometrik testlər də təqdim olunub. Bu mərhələdə 1252 namizəd müsabiqə şərtini ödəyərək ikigünlük təlimlərə cəlb edilib.

Təlimlərin birinci günü səmərəli ünsiyyət, işgüzar etiket qaydaları, ünsiyyət prosesində stresin idarə olunması və etik davranış qaydaları mövzularını əhatə edib. Bundan əlavə, psixometrik tapşırıqlar vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılıb.

Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilib və fikir mübadiləsi aparılıb.

Sonuncu mərhələdə namizədlər təlimlər zamanı əldə etdikləri nəzəri biliklərin yoxlanılması üçün test imtahanına cəlb ediliblər. İmtahanlardan 60 faiz və daha yüksək nəticə göstərən 1148 namizəd A və ya B kateqoriyalı zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilib.

İndiyə qədər 3182 nəfər zal nəzarətçisi sertifikatı əldə edib.

Xatırladaq ki, imtahanlara təyinat zamanı sertifikat əldə etmiş zal nəzarətçilərinə üstünlük verilir.

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün növbəti qeydiyyatın sentyabr ayından etibarən yenidən başlanılması nəzərdə tutulur.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...