DİM magistratura sualları ilə bağlı şikayətlərə CAVAB VERDİ

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin elmi- statistik təhlilinin nəticələri açıqlanıb.

Bu barədəModern.az-ın sorğusuna cavab olaraqDövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.

İmtahan suallarının çətin olması ilə bağlı iddialara aydınlıq gətirən DİM rəsmisi deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib.

"Dövlət İmtahan Mərkəzi magistraturaya ən layiqli bakalavrların qəbulu üçün müasir qiymətləndirmə üsullarının tətbiqinə yönəlmiş tədbirlər həyata keçirir. Qəbul imtahanı özlüyündə seçmə və yerləşdirmə məqsədi ilə həyata keçirilir. Bu prosesdə müxtəlif hazırlıq səviyyəsinə malik minlərlə bakalavr iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və bakalavrlar arasında seçim edə bilmək üçün imtahanda mürəkkəblik dərəcəsi asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı bakalavrlar deyil, yaxşı hazırlıqlı bakalavrları da bir-birindən fərqləndirmək tələb olunur. İmtahanlar başa çatdıqdan sonra test tapşırıqlarının cavablarının elmi-statistik təhlili göstərir ki, bu imtahanlarda istifadə edilən asan, orta və çətin test tapşırıqlarının sayı imtahanın nəzərdə tutulan spesifikasiyasına uyğundur",- o deyib.

X.Xanlarzadə test tapşırıqlarının çətinlik səviyyəsinin "Magistr " jurnalında verilən imtahan modelinə uyğun olduğunu vurğulayıb:

"Təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun deyil, mövcud imtahan modeli bakalavrlar arasında seçim aparmağa və normal müsabiqə mühiti yaratmağa imkan verir.İngilis dili üzrə cavabların statistik təhlili də göstərir ki, bu il test tapşırıqlarının çətinliyi “Magistr” jurnalının 2-ci nömrəsində verilən imtahan modelinə tamuyğun olub".

Aytac Əsədova

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...