DİM-in növbəti TOEFL imtahanı nə vaxt olacaq?

DİM-in növbəti TOEFL imtahanı nə vaxt olacaq?

Yanvarın 12-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.DİM-dən FaktXeber.com-a bildirilib ki, imtahanda 1 əcnəbi vətəndaş olmaqla 14 nəfər iştirak edib. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Növbəti TOEFL imtahanının2019-cu il yanvarın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında qeyd olunan linkdən ətraflı məlumat əldə etmək mümkündür:https://www.dim.gov.az/activities/exams/toefl/

Qeyd edək ki, TOEFL imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Bu imtahan vasitəsilə oxumaq, yazmaq, dinləmək və danışmaq üzrə bacarıqları tətbiqetmə dərəcəsi müəyyən edilir.

İmtahan vaxtının bölgüsü və müddəti:

Oxu - 60-80 dəq.

Dinləmə - 60-90 dəq.

10 dəq. fasilə

Danışma - 20 dəq.

Yazı - 50 dəq.

Onlayn formada keçirilən TOEFL imtahanı ingilis dilli ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır. İmtahanın nəticələrini qəbul edən 130-dan çox ölkənin 9000-dən artıq kolleci, universiteti və institutları haqqında daha ətraflı məlumatıhttps://www.ets.org/toefl/ibt/about/who_accepts_scoreskeçidindən əldə edə bilərsiniz.

İl ərzində TOEFL üzrə keçirilən imtahan günlərinin sayı ingilis dili üzrə bacarıqları yoxlayan digər imtahanlarla müqayisədə daha çoxdur. İmtahanlararası 12 gün fasilə vermək şərtilə istənilən qədər imtahanda iştirak etmək mümkündür.

Dövlət İmtahan Mərkəzi TOEFL-in məlumat sistemində SEC STN15430A kodu ilə qeydiyyata alınmışdır. TOEFLimtahanını DİM test mərkəzində vermək istəyən şəxslər qeydiyyat zamanı DİM test mərkəzini həmin kod vasitəsilə seçə bilərlər.

  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-də keçirilən qəbul imtahanının yekun nəticələrini elan edib. "Report" xəbər verir ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.