tehsil_xeberleri_metn DİM bu şəxsləri imtahanlara dəvət edir - Təhsil xəbərləri

DİM bu şəxsləri imtahanlara dəvət edir

DİM bu şəxsləri imtahanlara dəvət edir

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları zamanı abituriyentlər orkestr alətləri, xalq çalğı alətləri, vokal sənəti, dirijorluq, xanəndəlik və populyar musiqi və caz ifaçılığı ixtisasları üzrə imtahanlarda konsertmeysterlərin müşayiəti ilə ifa nümayiş edirlər.

Konsertmeysteri olmayan abituriyentlərin imtahanda konsertmeysterlə ifasını təmin etmək üçün Dövlət İmtahan Mərkəzi imtahanlara növbətçi konsertmeysterlər dəvət edir.

Bu barədəPublika.az-a DİM-dən bildirilib.

Qeyd edilib ki, orkestr alətləri, xalq çalğı alətləri, vokal sənəti, dirijorluq, xanəndəlik və populyar musiqi və caz ifaçılığı ixtisası üzrə konsertmeyster kimi fəaliyyət göstərən bütün ali təhsilli şəxslər Dövlət İmtahan Mərkəzi ilə konsertmeyster kimi əməkdaşlıq etmək üçün müraciət edə bilərlər.

Namizədlərə dair tələblər:

- musiqi sahəsi üzrə ali təhsil;

- konsertmeyster kimi ən azı 5 illik iş təcrübəsi;

- notu yüksək səviyyədə üzdən oxumaq bacarığı;

- məşhur əsərləri əzbər ifa etməsi arzuolunandır;

- tar və kamança cütlüyünü müşayiət edən konsertmeysterlər muğamları, dəstgahları, təsnifləri, rəngləri, xalq mahnılarını, bəstəkar mahnılarını bilməlidirlər.

Qeydiyyatdan keçmək üçün namizəd şəxsi məlumatlarını, təhsil və əmək fəaliyyəti haqqında məlumatları verilmiş anketdə dolduraraq fevralın 22-dəkg.qulamova@dim.gov.azelektron poçt ünvanına göndərməlidir.

Qeydiyyatdan keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsində namizədin sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi, alətdə ifa bacarıqları və digər məlumatları dəqiqləşdirilir. Müsahibədən uğurla keçən konsertmeysterlər Dövlət İmtahan Mərkəzinin “Elektron konsertmeyster bazası”na daxil edilirlər.

Müsahibəyə gələrkən namizədlər aşağıda qeyd edilən sənədləri özləri ilə gətirməlidirlər:

Namizədin qeydiyyat anketi;

Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

Ali təhsil haqqında sənədin əsli və surəti;

İş yerindən arayış (əmək stajı göstərilməklə);

Bank rekvizitləri (rəsmi möhürlü);

Sosial sığorta kartının surəti (və ya nömrəsi);

Məhkumluğun olmaması haqqında arayış.

Müsahibədən keçən konsertmeysterlərlə 5 illik xidməti müqavilə bağlanılacaq və hər iştirak etdiyi imtahan üçün müqavilədə nəzərdə tutulmuş əmək haqqı ödəniləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...