tehsil_xeberleri_metn DİM abituriyent və subbakalavrlara müraciət etdi - Təhsil xəbərləri

DİM abituriyent və subbakalavrlara müraciət etdi

DİM abituriyent və subbakalavrlara müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyent və subbakalavrlara müraciət edib.

DİM-dən Milli.Az-a verilən məlumata görə, abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

Abituriyentlər və subbakalavrlar bu gündən etibarən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin və bəzi ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında iştirak üçün qabiliyyət imtahanlarına buraxılış vərəqələrini çap edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul üçün 20, 21, 22, 23, 24, 25, 27, 28, 29, 30, 31-ci, orta ixtisas təhsili müəssisələrinə qəbul üçün isə 16, 17, 33, 34, 35, 37, 54, 55-ci komissiyalar üzrə buraxılış vərəqələrini çap etmək mümkündür.

Abituriyentlər buraxılış vərəqələrini buradan çap edə bilərlər.

26 avqust 2020-ci il tarixindən başlayaraq tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanları keçiriləcək. Ona görə də kolleclərə qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək abituriyentlərə buraxılış vərəqələrini avqustun 26-dək çap etmələri tövsiyə olunur.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən "Teatr, kino və xoreoqrafiya sənəti" istiqamətinin 55-Xoreoqrafiya sənəti və 54-Rəqs müəllimliyi komissiyaları üzrə ifaçılıq fənni imtahanının məzmunu eynidir. Buna görə də abituriyentin ifaçılıq fənni üzrə bu iki komissiyanın hər hansı birində aldığı müsbət qiymət digər komissiyaya (həmin komissiya üzrə də qeydiyyatdan keçibsə) da şamil edilir.

54 və 55-ci komissiyaları (xoreoqrafiya və rəqs müəllimliyi) seçən abituriyentlər qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli­ və özləri ilə rəqs paltarı gətirməlidirlər.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...