tehsil_xeberleri_metn DİM 668 şagirdin qiymətində dəyişiklik edib - Təhsil xəbərləri

DİM 668 şagirdin qiymətində dəyişiklik edib

DİM 668 şagirdin qiymətində dəyişiklik edib

Martın 5-6-da keçirilən buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 5 935 şagird ərizə ilə müraciət edib.

Dövlət İmtahan Mərkəzindən"Report"a verilən məlumata görə, 427 nəfər öz ərziəsini təsdiq etməsə də, onların da müraciətləri araşdırılıb və müvafiq qərarlar verilib.

Apellyasiya komissiyasına daxil olan ərizələrdə ümumilikdə 23 304 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Bu imtahanlarda şagirdlərin ümumilikdə1 145 424tapşırıq üzrə yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi2.03%-nitəşkil edir.

Daxil olan bütün müraciətlər araşdırılıb və şagirdlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 2 114 nəfərlə video görüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 3 621 nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. 200-ə yaxın şagirdlə isə əlaqə yaratmaq mümkün olmayıb. Onların bəzisi dəfələrlə edilən zənglərə cavab verməyib, bəzi telefon nömrələrinə zəng zamanı “nömrə təyin edilməyib” bildirişi gəlib, bəzi nömrələrin isə apellyasiyaya müraciət edən şəxslərə heç bir aidiyyəti olmayıb. Bununla belə, həmin şəxslərin də ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilib.

Apellyasiyaya müraciət edənlərdən 668 şagirdin (bütün imtahan verənlərin 1,4%-i) cəmi 743 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 126 işdə edilmiş düzəlişlər imtahan verənin yazılı cavab tələb edən tapşırığın həllini (və ya cavabını) başqa yazılı cavab tələb edən tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

"Şagirdlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb. 12-13 mart tarixində keçirilmiş imtahanlarla bağlı qeyd edə bilərik ki, artıq müraciətlərin təqribən 60%-dən çoxu araşdırılıb. Bəzi müraciətlərin telefonla cavablandırılmasına başlanılıb. “Zoom”la olan görüşlər isə həftə sonundan etibarən təşkil edilməyə başlanılacaq. Apellyasiya prosesinin yekunu ilə bağlı məlumat növbəti həftənin sonu veriləcək. 3 aprel tarixində keçirilmiş imtahanın nəticələri ilə bağlı edilən müraciətlərin araşdırılmasına növbəti həftə başlanılacaq və iştirakçılarla əlaqə saxlanılacaq" - məlumatda bildirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...