tehsil_xeberleri_metn Dilçilik İnstitutu: "Lüğətin siqnal variantında "hörümçək" sözü olub"

Dilçilik İnstitutu: "Lüğətin siqnal variantında "hörümçək" sözü olub"

Dilçilik İnstitutu: Lüğətin siqnal variantında

"Bir daha bəyan edirik ki, "hörümçək" sözünün lüğətdə getməməsi texniki xətadır. Lüğətin nəşriyyata təqdim etdiyimiz siqnal variantında "hörümçək" sözü olub".

Bunu"Report"a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru Baba Məhərrəmli deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğəti 2013-cü ildə nəşr olunan orfoqrafiya lüğəti ilə müqayisədə təkmilləşdirilmiş formadadır:

"Bu sözü əlində bayraq tutub Dilçilik İnstitutunun üzərinə hücum etmək tam əsassızdır. İnstitut ətrafında ajiotaj yaratmaq və bu cür hücumlar təşkil etmək yolverilməzdir. Bizim institutda kifayət qədər nüfuzlu alimlər çalışır. Dilçilik İnstitutu dövlətimizin mənafeyini güdür və bütün dövlət proqramlarını keyfiyyətlə icra edir. Dillə bağlı imzalanan bütün fərman və sərəncamları icra edir, bütün tapşırıqları yerinə yetirir".

B.Məhərrəmli bildirib ki, lüğətdə "spayder" sözü heç də "hörümçək" sözünün qarşılığı kimi təqdim olunmayıb: "O söz texniki termin kimi verilib. "Hörümçək" sözünün derevasiyaları həmin lüğətdə verilibsə, bu, o deməkdir ki, orada "hörümçək" sözü də olub. Sadəcə olaraq, texniki qüsur kimi lüğətdə təsadüfən dərc olunmayıb".

Qeyd edək ki, son orfoqrafiya lüğətinə “hörümçək” sözü salınmayıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.