tehsil_xeberleri_metn Dilçilik İnstitutu: "İşimiz sözlərin düzgün yazılış və deyiliş qaydalarını müəyyənləşdirməkdir"

Dilçilik İnstitutu: "İşimiz sözlərin düzgün yazılış və deyiliş qaydalarını müəyyənləşdirməkdir"

Dilçilik İnstitutu: İşimiz sözlərin düzgün yazılış və deyiliş qaydalarını müəyyənləşdirməkdir

"Dilçilik İnstitutunun əsas fəaliyyət istiqamətləri dilimizi qorumaq, sözlərin düzgün deyiliş və yazılış qaydalarını müəyyənləşdirmək, eləcə də bununla bağlı elmi müzakirələr aparmaqdan ibarətdir".

Bu barədə"Report"a AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətindən bildirilib.

Açıqlamada xatırladılıb ki, noyabrın 22-də Dilçilik İnstitutunda“Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndlərinə həsr olunmuş müzakirələr zamanı “ov, öv” hərf birləşmələri olan sözlərdən nümunələr çəkilib. Bu zaman nümunələr arasında "dovşan" sözünün də tələffüzü ilə bağlı variantlar müzakirə edilib:

"Amma təəssüf olsun ki, sonradan İnstitutun keçirdiyi müzakirələrin mövzusu dəyişdirilərək ictimaiyyəti çaşdırmağa yönəlmiş materiallar dərc olunub. Dilçilik İnstitutu haqqında qərəzli ifadələrin işlənməsi təəssüf doğurur. ÇünkiDilçilik İnstitutunun əsas fəaliyyət istiqamətləri dilimizi qorumaq, sözlərin düzgün deyiliş və yazılış qaydalarını müəyyənləşdirmək, eləcə də bununla bağlı elmi müzakirələr aparmaqdan ibarətdir. Orfoepiyada həm də orfoqrafik normalar gözlənilməlidir. Çünki danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır. Cəmiyyət tərəqqi etdikcə dilin lüğət tərkibi də zənginləşir. Leksik normada baş verən yeniliklər fonetik normalara da təsirsiz ötüşmür".

Məlumatda həmçinin bildirilib ki, hazırda Dilçilik İnstitutunda “Azərbaycan dilinin orfoepiya lüğəti” hazırlanır:

"Təcrübə göstərir ki, lüğətlərin hazırlanmasında, yenilənmə və təkmilləşməsində ictimai baxış da nəzərə alınmalıdır. Orfoepiya normalarının tənzimlənməsi Eksperimental fonetika laboratoriyasında cihazlar vasitəsilə aparılır: Burada müntəzəm olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır".

Qeyd edək ki, noyabrın 22-də keçirilən yekun müzakirələrdə Azərbaycan tarixində ilk dəfə olaraq dövlət səviyyəsində 18 iyun 2021-ci ildə qəbul edilmiş “Azərbaycan dilinin orfoepiya normaları”ndakı mübahisəli bəndlər müzakirə edilib. Ölkənin ali və orta məktəb müəllimlərinin, Dövlət İmtahan Mərkəzi, Dil Komissiyası yanında Monitorinq Mərkəzi və media nümayəndələrinin iştirak etdiyi iclasda “Azərbaycan dilinin orfoepiya normaları”nın 2.7 və 2.5.3-cü bəndləri müzakirə edilib.

“Azərbaycan dilinin orfoepiya normaları”nın 2.7-ci bəndində tərkibində “ov, öv” hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq belə sözlər yazıldığı kimi tələffüz edilir: cövhər [cövhər], çovğun [çovğun], mövqe [mövqe]. Bu tipli sözlər dilimizdə çoxdur. Müzakirə nəticəsində 2.7–ci bəndindəki yeniliklər qəbul olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...