tehsil_xeberleri_metn “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda konfransa tezis qəbulu aparılır

“Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda konfransa tezis qəbulu aparılır

“Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda konfransa tezis qəbulu aparılır

Görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransa tezislər qəbul olunur.

Bu barədəAZƏRTAC-a AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, tezislər yanvarın 20-dək Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində qəbul edilir. Qəbul edilən tezislər fevralın 10-da elan olunacaq. Konfrans tarix və ədəbiyyatda, elmdə, təhsildə, incəsənətdə, mədəniyyətdə və günümüzdə qadın, müasir dövrdə qadın problemləri mövzularını əhatə edir.

Xatırladaq ki, konfrans Misir Ərəb Respublikası Milli Məclisinin Bint Bələd üzrə Qadınlar Cəmiyyəti, İraq Strateji Araşdırmalar Mərkəzi, Çin Xalq Respublikasının Hebey Universiteti, Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu və Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun iştirakı ilə martın 6-7-də onlayn təşkil ediləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...