Dərsliklərdən narazılıq edənlər haqlıdır. Dərslikləri yazanlar elm mütəxəssisi olmalıdırlar. - Ekspertin fikri

Dərsliklərdən narazılıq edənlər haqlıdır. Dərslikləri yazanlar elm mütəxəssisi olmalıdırlar. - Ekspertin fikri

"Müəlliflər mürəkkəbliklərə üstünlük verərək özlərini mahir riyaziyyatçı, dilçi kimi göstərirlər"

Orta məktəb dərsliklərinin dəyişilməsi məsələsi yenidən gündəmə gəlib.

Dərsliklərdəki proqramın mürəkkəbliyi, qeyri-peşəkarlığı barədə müəyyən narazılıqlar bildirilsə də, məsələ dəyişməz olaraq qalır. Dərsliklərin hazırki səviyyəsindən narazı olan bəzi pedaqoqlar bu sahədə peşəkar olmayan müəlliflərin işindən gileylənir.

Bildirilir ki, hazırlanan dərsliklərin proqramı ali məktəb səviyyəsindədir. Dərsliklər sadələşdirilməlidir, çünki çox mürəkkəbdirlər.

Məsələ ilə bağlı Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Cebhe.info-ya bildirdi ki, dərslikləri hazırlayanlar elm mütəxəssisi olmalıdır:

“Dərsliklərdən narazılıq edənlər haqlıdır. Dərslikləri yazanlar elm mütəxəssisi olmalıdırlar. Elmi məsələlərdə yerlər gərək səhv düşməsin. İbtidai sinif dərsliklərini yazmaq çox çətindir. Aşağı siniflər üçün kurrikulumla hazırlanan dərsliklərin proqramı çox mürəkkəbdir.

Mən 50 ilin mütəxəssiziyəm, amma ibtidai sinif üçün dərslik yazmaram.

O dərsliyi yazmaq üçün həmin yaşdakı uşağın psixologiyasını, xüsusiyyətini, marağını, fizioloji hallarını bilmək lazımdır. Həmin dərslikdə bayrağımızı, himnimizi, Qarabağı, faciələrimizi, prezidentimizi, uğurlarımızı əks etdirən kompleks bilgilər olmalıdır.

Müəlliflər mürəkkəbliklərə üstünlük verərək özlərini mahir riyaziyyatçı, dilçi kimi göstərirlər. Bir riyaziyyat dərsliyinin müəllifi bir saat da dərs tədris etməyib, pedoqoq deyil, maarifçi deyil, Texniki Universiteti bitirmiş mühəndisdir, onda nə gözləmək olar? O nə bilir ki, məktəbin metodikası nədir?

Ekspert hesab edir ki, məktəb dərslikləri yenidən işlənməli, müasir dövrün tələblərinə uyğunlaşdırılmalı və yüksək keyfiyyətlə hazırlanması üçün yeni peşəkar müəlliflər cəlb olunmalıdır. Amma bu yazarların seçilməsi müsabiqə yolu ilə həyata keçirilməlidir:

“Bu məsələ Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Stradegiyasının Fəaliyyət Proqramında öz əksini tapıb. Amma bunu kim işləyəcək? Bəlkə elə indiki dərsliyi yazanlar işləyəcək? Neyləyək, oturaq gözləyək... Nəşriyyat niyə dərslik yazmalıdır ki”?

Alçina Amilqızı

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......