Dərslərin yayda keçirilməsi şagirdlərdə hansı ciddi fəsadlar yaratdı?

Dərslərin yayda keçirilməsi şagirdlərdə hansı ciddi fəsadlar yaratdı?

Bu ildən etibarən ümumtəhsil məktəblərində dərs müddətinin mayın 31-dən iyunun 14-dək uzadılması heç də bütün şagirdləri qane etmir.

Milli.Az EL TV-yə (Region TV) istinadən xəbər verir ki, bu hal hava şəraitinin daha isti keçdiyi Mərkəzi Aran bölgəsində xüsusi ilə nəzərə çarpır.Mingəçevir şəhər 3 saylı tam ortaməktəbin 5-ci sinif şagirdi Seyidağa Həsənli deyir ki, günün isti saatlarında məktəbdən geri qayıtmaq onun üçün çətindir. "İstidən burnumdan qan gəlir, başım hərlənir, qol-ayaqlarımı hiss etmirəm", - deyə şagird Seyidağa Həsənli bildirib. Həkimlər isə deyir ki,havanın istiliyi uşaqların normal dərs qavramasına imkan vermir. Həmçinin, uşaqların səhhətində pozğunluqların meydana gəlmə ehtimalı var. "Uşaqlarda qusma halları, ishal, temperaturun artması müşahidə oluna bilər. Nəzərə alsaq ki, həm ətraf mühitin temperaturu olur, eyni zamanda bədən hərarəti də ərtaf mühitə uyğun olaraq artır. Yəni, bu cür hallar dediyim kimi diareya, ishal, qusma, baş ağrısı, baş gicəllənmə, burun qanaxmaları kimi fəsadlar törədə bilər", - deyəhəkimYeganə Abdullayeva vurğulayıb.Yarana biləcək problemlərlə əlaqədar bəzi şagirdlər tədris ilinin əvvəlki vəziyyətdə qalmasını istəyirlər.
"İndi havalar istidi deyə evə gəlib-getmək bir az çətinləşir.Deyirəm ki, məktəb vaxtını bir az aşağı salsalar,yaxşı olardı. İndi arada özümlə su aparıram, birdən yoruluram, kölgədə istirahət edirəm", - deyə şagird Fatimə Qasımlı bildirib.
Mingəçevir Şəhər Təhsil Şöbəsindən isə bildirilir ki, dərs ilinin uzadılması təhsilin inkişafına yönələn addımlardan biridir. Məqsəd şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühitinin yaradılmasıdır."Burada əsas məsələ ondan ibarətdir ki, tədris materiallarının ağır olması ilə əlaqədar şagirdlərdə tədris materiallarının keyfiyyətli mənimsənilməməsi məsələsi var idi", - deyəMingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov vurğulayıb.Təhsil şöbəsindən o da deyilir ki, tədris ilinin iyunun 14-də yekunlaşmasına dair mütəmadi olaraq məktəblərdə reydlər də keçirilir.
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......