tehsil_xeberleri_metn Dərslər həftədə neçə gün ola bilər? - Ekspert - Təhsil xəbərləri

Dərslər həftədə neçə gün ola bilər? - Ekspert

Dərslər həftədə neçə gün ola bilər? - Ekspert

Orta məktəblərdə uşaqların yoluxma riski yüksək olduğuna görə dərslər həftədə bir neçə gün dərs keçirilə bilər. Qalan günlərdə isə tədris on-line rejimdə həyata keçirilməlidir.

Milli.Az bildirir ki, bunuTrend-ə təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, ibtidai siniflərdə uşaqların davranış qaydalarına uyğunlaşması problemi olduğundan tədrislə bağlı fərqli sxemlərin tətbiq edilməsi mümkündür.

E.Süleymanov əlavə edib ki, əgər kütləvi yoluxma halları olarsa, məktəbin fəaliyyətinin müəyyən müddətə məhdudlaşdırılması da mümkün ola bilər:

"Pandemiya ilə uğurlu mübarizə aparan və yoluxmanı lokallaşdırmağa müvəffəq olan ölkələrdə məktəblərin və bağçaların fəaliyyətinin bərpa olunduğunu deyən ekspert əlavə edib ki, bir çox ölkələrdə şagird və tələbələrin təhsil alması ilə bağlı normativlər müəyyən edilib. Bu normativlərə əsasən, otaqda oturan şagird və təhsilalanların sayı tənzimlənir. rusiyada isə qapalı məkanlarda müəllim və şagirdlərin, tələbələrin tibbi maskadan istifadə etməsi məcburi olacaq".

E.Süleymanov hesab edir ki, Azərbaycanda həyata keçirilən preventiv tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxma hallarının səviyyəsinin aşağı olması təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaradır. Fəaliyyəti bərpa olunan müəssisələrdə sistemli şəkildə təhlükəsizlik qaydalarının tətbiqi və onların icrasına nəzarət istər uşaqların sağlamlığının təmin olunması, istərsə də virusin yayılmasına yol verməmək baxımından mühüm şərtdir.

Uşaq bağçalarına gəldikdə isə E.Süleymanov qeyd edib ki, uşaülsr eyni yerdə qidalanıb eyni otaqda yatdıqları üçün onların virusa yoluxma ruskini yüksəkdir. Onun fikrincə, Bağçaların fəaliyyətinin bərpasına sanitar-epidemoloji vəziyyət nəzərə alınmaqla icazə verilməlidir. Yoluxmaların olmadığı və ya az olduğu zonalarda bağçaların fəaliyyətinə daha tez, yoluxma riskinin yüksək olduğu şəhər və rayonlarda isə zəruri göstəricilər əldə olunduqdan sonra və ya daha gec icazə verilə bilər:

"Məktəbəhazırlıq qruplarında tədris həftədə bir neçə gün həyata keçirilə bilər. Məsələn, həftədə 6 və ya 8 saat tədris müəyyənləşdiriləcəyi təqdirdə həftədə 2 və ya 3 gün 2-3 saat olmaqla dərslərin keçirilməsi variantlardan biri kimi nəzərdən keçirilə bilər. Sıxlığa yol verilməməsi üçün yarımqrupların təşkil edilməsi də mümkündür".

E.Süleymanov hesab edir ki, ali və orta ixtisas təhsili müəssisələrində ənənəvi tədrisin tətbiqi bu sahədə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu istiqamət üzrə məsafədən təhsil forması daha məqbuldur.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...