Dərs buraxan şagirdlərə yeni xəbər

Dərs buraxan şagirdlərə yeni xəbər

Azərbaycanda şagirdlərin 1 ayda 7 gün dərs buraxmasına görə valideynlər üçün tətbiq edilən cərimə ləğv edilir.

Milli.Az bildirir ki, Milli MəclisdənTrend-ə verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsində yeni dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslərin yüz manat miqdarında cərimə edilməsi ləğv edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni qanun layihəsi Milli Məclisin aprelin 15-də keçiriləcək plenar sessiyasında müzakirəyə çıxarılacaq.

İnzibati Xətalar Məcəlləsinə şagirdlərin dərs buraxması ilə bağlı dəyişiklik Milli Məclis tərəfindən dekabrın 4-də qəbul edilib. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə 5 dekabr 2015-ci il tarixli fərmanı əsasında valideynləri cərimələyəcək orqanlar müəyyənləşdirilmişdi. Fərmana əsasən, bu xarakterli inzibati xətalar haqqında işlərə yerli icra hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri baxmalı idi.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......