Dərbənd filialında təhsil almaq üçün sənəd qəbulu davam edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2022/2023-cü tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu aparılır.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, qəbul maliyyə və kredit, mühasibat uçotu, təhlil və audit və ümumi iqtisadiyyat ixtisasları üzrə əyani, əyani-qiyabi və qiyabi təhsil forması üzrə təşkil olunur.

 

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, əyani-qiyabi forma üzrə 4 il 6 ay, qiyabi forma üzrə 5 ildir.

 

Rusiya Federasiyasının vətəndaşları bu ölkənin mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı əsasında qəbul edilir.

 

Xarici ölkələrin vətəndaşları üçün qəbul riyaziyyat, rus dili və xarici dil fənləri üzrə keçirilir. Azərbaycan Respublikasının vətəndaşları üçün isə qəbul imtahanları riyaziyyat, coğrafiya, Azərbaycan və ya rus dili fənləri üzrə aparılır.

Qəbul barədə ətraflıməlumatıUNEC-in və Dərbənd filialının rəsmi saytlarından əldə etmək olar.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...