Coğrafiyaçı alimlər şagirdlərin hesabat iclasında iştirak ediblər

Coğrafiyaçı alimlər şagirdlərin hesabat iclasında iştirak ediblər

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov Bakının Yeni Suraxanı qəsəbəsinin 101 nömrəli tam orta məktəbində yaradılan “Kiçik Akademiya”nın hesabat iclasında iştirak ediblər.

Bu barədəAZƏRTAC–a institutdan bildirilib. Z.Eminov tədbir iştirakçılarına institutun fəaliyyəti, tədqiqat sahələri, tanınmış alimləri, əhəmiyyətli nəşrləri, coğrafi problemlər və s. haqqında məlumat verib. O bildirib ki, alimlərlə şagird və müəllim kollektivlərinin görüşləri ənənə halını alıb və belə tədbirlər yeniyetmələrdə elmə marağı artırır, onların gələcəkdə peşə seçimində əhəmiyyətli rol oynayır.

Sonra “Kiçik Akademiya”nın istedadlı şagirdləri “Bacarıq ağlın nişanəsidir” adlı proqramla çıxış ediblər. Şagirdlər “Ekoloji təmiz cərəyan”, “Azərbaycanda alternativ enerji mənbələrindən istifadə”, “Sintetik yuyucu vasitələrin ekologiyaya və insan orqanizminə təsiri” mövzularında təqdimatlar ediblər.

Sonda “Kiçik Akademiya”nın tədbirdə fəal iştirak edən şagirdlərinə təşəkkürnamələr verilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...