Buraxılış imtahanlarının xarici dillər üzrə yeni model test tapşırıqlarında dəyişikliklər nəzərdə tutulur

Buraxılış imtahanlarının xarici dillər üzrə yeni model test tapşırıqlarında dəyişikliklər nəzərdə tutulur.

Bu barədə"Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, mərkəzin keçirdiyi buraxılış imtahanlarında, yeni təhsil proqramları üzrə təhsilalanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində fənn kurikulumunun müəyyən etdiyi 4 (“Dinləyib-anlama”, “Danışma”, “Oxu” və “Yazı”) məzmun xəttinə aid alt standartların yeni model test tapşırıqları ilə yoxlanılmasının mərhələli şəkildə həyata keçirilməsi davam edir.

Yeni model test tapşırıqları hazırlanarkən yoxlama-ölçmə materiallarının dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılmasına (orta təhsil səviyyəsində A2, tam orta təhsil səviyyəsində isə B1) xüsusi diqqət yetirilir.

2023-cü ildə orta təhsil səviyyəsində (9 illik) xarici dillər üzrə şagirdlərin “Yazı” məzmun xətti üzrə bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək. Bu hissədə şagirdlərə üç şəkil təqdim olunur və şəkil əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunur.

Yeni modelə əsasən dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur. Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.

Cari ilin məzunları üçün tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanının xarici dil bloku üzrə dəyişikliklərin aparılması nəzərdə tutulmur. Tam orta təhsil (11 illik) səviyyəsində müvafiq dəyişikliklərin 2024-cü ildən aparılması nəzərdə tutulur.

İmtahana hazırlaşanlar orta təhsil səviyyəsində (9 illik) 2023-cü ildə buraxılış imtahanında təqdim olunacaq yazı işi üzrə qiymətləndirilmə meyarları, yeni model test tapşırığı nümunələri, eyni zamanda tam orta təhsil səviyyəsində (11 illik) növbəti tədris ili (2023-2024) üçün nəzərdə tutulmuş yeni model ilə yaxın zamanda çap olunacaq Abituriyent jurnalının xüsusi buraxılışında tanış ola biləcəklər.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...