Buraxılış imtahanlarının vaxtı dəqiqləşdirildi

Buraxılış imtahanlarının vaxtı dəqiqləşdirildi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

Milli.Az bildirir ki, Komissiyadan Trend-ə verilən məlumata görə, bölgələrdə ilk buraxılış imtahanı iyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən rayon və şəhərlərinin məzunları üçün keçiriləcək.
Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Sumqayıt, Abşeron, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin və C.Naxçıvanski adına Hərbi Liseyin məzunları üçün buraxılış imtahanı iyunun 21-də, Bakıda iyunun 25-də, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Şamaxı, Qobustanda isə iyunun 30-da keçiriləcək. Əvvəlki illərin məzunları və eksternat buraxılış imtahanı iyulun 5-də təşkil olunacaq.
Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) qeyd edilən qrafikə uyğun olan gündə verəcəklər.
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......