tehsil_xeberleri_metn Buraxılış imtahanlarındakı əsas qüsurlar – Şagirdlər “mandraj”a niyə düşdü?

Buraxılış imtahanlarındakı əsas qüsurlar – Şagirdlər “mandraj”a niyə düşdü?

Buraxılış imtahanlarındakı əsas qüsurlar – Şagirdlər “mandraj”a niyə düşdü?

“Buraxılış imtahanlarında riyaziyyat fənni ilə bağlı suallara cavabvermə faizi aşağı idi”.

Bu sözləriAzEdu.az-aaçıqlamasındatəhsil eksperti Kamran Əsədovdeyib.

O, 5 və 6 mart tarixində keçirilən buraxılış imtahanları ilə bağlı fikirlərini bildirib:

“Dövlət İmtahan Mərkəzi tərəfindən 5 və 6 mart tarixində orta təhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.

Təşkilatçılıqla bağlı bir sıra məsələlərə diqqət çəkmək istəyirəm. Proses 3 hissədən ibarətdir:imtahanların təşkili, sualların məzmunu və abituriyentlərin hazırlığı. İmtahanlar yaxşı təşkil edilmişdi, lakin, kənar əşyaların içəri keçirilməsi halları müşahidə edilib. Burada təşkilati məsələdə problemlər qeydə alınıb. Bizə daxil olan müraciətə görə bir abituriyent gödəkçəsinin cibinə telefon qoyub və onu asıb, imtahan başlamamış bunu bildirib, lakin onun imtahan nəticəsi ləğv edilib. Düşünürəm ki, bu proseslə bağlı normativ akt hazırlanmalıdır. Təşkilatçılıqla bağlı işlər çox yaxşı səviyyədə təşkil edilmişdi, müəyyən zal nəzarətçiləri öz vəzifələrindən sui-istifadə etsələr də, ümumi olaraq imtahanları yüksək qiymətləndirirəm. Bu onu göstərir ki, DİM imtahan keçirməkdə maraqlı qurum və təşkilatdır. Hələ ki, ölkədə ona alternativ təşkilat görmürəm. Sualları fənlər üzrə müəyyən hissələrə bölürəm, ən ciddi səhvlərdən biri də buraxılış imtahanına ingilis dilindən “listening”(dinləmə) ilə başlamasıdır.

Abituriyentlər gənc olduqları üçün onların psixoloji dayanıqlı və davamlı deyillər. İmtahan başlayan kimi ilk dəqiqələrdə DİM qurğu vasitəsi ilə ingilis dilindən sualları səsləndirir. Bu da həmin yaş qrupu üçün ən çətin suallar sayılır. Onlar imtahan başlayan kimi ilk zərbəni almış sayılırlar. Başqa sözlə desək, “mandraja” düşürlər. Yəni onlar psixoloji gərginlik keçirirlər. Şagirdlər düşünürlər ki, dinləmə mətnləri çətin olduğu üçün digər sualları yazmaqda da problem yaşayacaqlar. Çünki dinləmə ilə bağlı olan suallar ilk olmaqla yanaşı, 5 sualı təşkil edir. İmtahanın məzmununda dəyişiklik edilərək dinləmə sualları sona saxlanılmalıdır. 6 mart tarixində İngilis dili üzrə istifadə edilən suallardan biri əvvəlki illərin 9-cu siniflərinin istifadə etdiyi kitabdan salınıb. Şagirdlər hazırda həmin dərs vəsaitindən istifadə etmirlər. Azərbaycan dilindən salınan suallar sadə idi. Daha çox imtahan iştirakçılarının qrammatik biliklərini yoxlamağa yönəlmişdi. Baxmayaraq ki, DİM imtahana qədər deyirdi ki, biz imtahanlarda iştirakçıların bacarıqlarını yoxlayacayıq. Kimin daha güclü yaddaşı varsa, o, daha yaxşı nəticə əldə edəcək”.

Kamran Əsədov Riyaziyyat fənninin şagirdlər tərəfindən necə qiymətləndirilməsi haqqında fikirlərini bildirib:

“Riyaziyyat fənni ilə bağlı şagirdlərin suallara cavab vermə faizi kifayət qədər aşağı idi. Buna səbəb imtahanların tədris ili başa çatmamış, yəni mart ayında keçirilməsi idi. Çünki şagirdlər imtahanlarda orta məktəb bilikləri ilə iştirak etmirlər. Onlar hazırlıq kursları və repetitorlar vasitəsi ilə ilə biliklərini genişləndirərək imtahanlarda iştirak edirlər. Onlar da hələ proqramı tam şəkildə bitirmədiyi üçün müəyyən çətinlik yaşayırlar. Riyaziyyat fənni ilə bağlı narazılıq daha çox idi. Xüsusən də, 10 və 11-ci siniflə bağlı materiallar var idi. Şagirdlər onları cavablandırmaqda çətinlik çəkdilər”.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...