tehsil_xeberleri_metn Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq - Təhsil xəbərləri

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

"Artıq 25 il ərzində vərdiş etdiyimiz qəbul qaydaları və prinsipləri dəyişəcək”.

Bunu"Sherg.az”a ali məktəblərə qəbulla bağlı yaradılan yeni qaydaları izah edərkən təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov deyib.

Dəyişikliklərin labüd olduğunu diqqətə çatdıran ekspertin sözlərinə görə, qəbul və buraxılış imtahanlarında abituriyentlərə dil qaydalarından əzbər tipli testlər tətbiq edilməməlidir:

"Əvvəlki illərdə olduğu kimi, faktoloji, buna uyğun olaraq faktlara əsaslanan məntiqi, izahedici, müqayisə tipli və s. test tapşırıqları olmamalıdır. Yeni tədris poqramlarının - kurikulumların tələblərinə görə, Azərbaycan dili şagirddə dörd bacarıq - dinləmə, anlama, oxu, yazı yaratmalıdır. Bununla dil qaydaları, təriflər və izahlar məhz həmin bacarıqların daha yaxşı və səmərəli formalaşmasına şərait yaratmalıdır. Yəni şagird düzgün yaza, oxuya, danışa, fikir bildirə, fikrini əsaslandıra bilirdisə, deməli, o, dövlət tələblərini yerinə yetirir. Bunun üçün abituriyentə təqdim olunmuş sual kitabçalarında dil qaydaları üzrə təriflərdən- əzbərçilikdən imtina edilməli, praktiki sualların çəki əmsalı artırılmalıdır. Həmin modellər - hansı ki, 2019-cu ildə qəbul və buraxılış imtahalarında istifadə olunacaq, bu ildən tam açıqlanmalıdır.

Yenə də 700 bal toplama qaydası qalacaq. Amma indi bu bal bir imtahanda yox, iki imtahan nəticəsində olacaq. Çünki 2019-ci ildən etibarən buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarının nəticələrinə təsir göstərəcək, hər iki imtahanda əldə edilmiş nəticələr toplanacaq və maksimum bal 700 olacaq. Düşünürəm ki, bu 700 balın 300 balı buraxılış imtahanları nəticəsində əldə ediləcək, qalan hissəsi isə qəbul imtahanlarında. Bundan başqa, hesab edirəm ki, 2019-cu ildən etibarən ali məktəblərə qəbul imtahanlarında yeni fənn də əlavə olunacaq. Bu 1 - ci ixtisas qrupuna İnformatika fənni olacaq. Digər ixtisas qruplarında isə əsas istiqamətlər üzrə olan fənlər qorunub saxlanılacaq”.

K.Əsədov hesab edir ki, ali məktəblərə qəbul imtahanları ilə bağlı 2019-cu ildən tətbiq olunacaq yeniliklər nəticəsində 4 ixtisas qurupu ləğv olunacaq:

"Bundan sonra 2019-cu ildən, ancaq 4 istiqamət olacaq. Hər istiqamətdə bu fənlər olacaq:

Texniki istiqamət - Riyaziyat, Fizika, İnformatika,

Riyaziyyat-iqtisadiyyat istiqaməti - Azərbaycan Tarixi, Riyaziyyat, Coğrafiya,

Humanitar istiqamət - Azərbaycan dili, Tarix, Ədəbiyyat,

Təbiət istiqaməti - Fizika, Kimya, Biologiya.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...