Bu gün magistr olmaq istəyənlər üçün sınaq günüdür

Bu gün magistr olmaq istəyənlər üçün sınaq günüdür - 1
Bu gün TQDK ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. Lent.az-a verilən xəbərə görə, qəbul imtahanı Bakı, Gəncə və Naxçıvanda baş tutacaq.
Magistraturaya proqram seçimində qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər. Bu hüquqa malik olan bakalavrlardan 11488 nəfəri qəbul proqramını seçərək təsdiqləyib.
Onlardan 10018 nəfəri Azərbaycan bölməsinin, 1470 nəfəri isə rus bölməsinin məzunlarıdır. Bakalavrların 5067 nəfərini oğlanlar, 6421 nəfərini isə qızlar təşkil edir. 6722 nəfər ali təhsil müəssisələrinin builki, 4766 nəfər əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 10119 nəfərinin Bakı şəhərində, 267 nəfərinin Naxçıvan şəhərində, 1102 nəfərinin isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanın keçirilməsi üçün Bakı şəhərində 17, Naxçıvan şəhərində 1, Gəncə şəhərində isə 2 imtahan mərkəzi ayrılıb. İmtahanı 81 imtahan rəhbəri, 866 nəzarətçi-müəllim idarə edəcək.
2012-də 8529 bakalavr imtahanın ikinci mərhələsinə buraxılmışdı.

  • Paylaşmağı unutma

Səhr yaz

Hüseyn Cavidin 140 illiyi qeyd ediləcək

Hüseyn Cavidin 140 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda bildirilib ki, 2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və drama...

Azərbaycanda ilk dəfə daş qaban fiquru aşkarlanıb

Azərbaycanda ilk dəfə daş qaban fiquru aşkarlanıb

Cəlilabad rayonunda daş qaban (çöldonuzu) fiquru aşkar edilib. "Report"un Muğan bürosunun məlumatına görə, maddi mədəniyyət nümunəsi rayonunun Yaqublu kəndi ərazisində, Adsız təpədə tapılıb. Tarixçilər daş fiqurun Neolit dövrünə aid olmasını ehtimal

Direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək

Direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək

Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Esse mərhələsi Bakı və Sumqayıt şəhərlər...

Azərbaycanda təhsil alan əcnəbilərin sayı azalırmi?

Azərbaycanda təhsil alan əcnəbilərin sayı azalırmi?

Azərbaycanda təhsil alan əcnəbilərin son 5 tədris ili üzrə sayı açıqlanıb.Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, 2017-2018-ci tədris ilində 5410, 2018-2019-cu tədris ilində 6427, 2019-2020-ci tədris ilində 6615, 2020-2021-ci ...