tehsil_xeberleri_metn Vakant yerlərin aqibəti necə olacaq? - Təhsil xəbərləri

Vakant yerlərin aqibəti necə olacaq?

Vakant yerlərin aqibəti necə olacaq?

"Müsabiqədən keçməyən abituriyentlərin sayı vakant yerlərin sayından azdır. Belə ki, 6425 boş yer, 6423 abituriyent qalıb. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq".
Bu haqda Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.
X.Xanlarzadənin sözlərinə görə, vakant yerlərin sayı ilk mərhələdə ali məktəblərə qəbul olmayan abituriyentlərdən çoxdur: "Dövlət imtahan mərkəzindən verilən məlumata görə müsabiqədə 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 6423 abituriyent isə yenidən müsabiqədə iştirak edə bilər. bildirib ki, vakant yerlərin sayı 6425-dir".
Düzdür say etibarilə vakant yerlərin sayı abituriyentlərin sayından çox olsa da, bütün yerlərin dolacağı ehtimalı azdır. Çünki abituriyentlərin topladığı ballar, eləcə də istəkləri fərqlidir. Praktiki cəhətdən hansı yerlərə nə qədər iddialı abutuyent olduğunu müəyyənləşdirmək mümkünsüzdür. Deməli yenə boş yerlər qalcaq. Belə olan halda balların daha da aşağı salınması, eləcə də hansısa güzəşt xarakterli tədbirlərin görülməsi məsələsi gündəmə gəlir?
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə qeyd edib ki, əgər ikinci mərhələdən sonra yenidən boş yerlər qalarsa, ora yenidən müsabiqə aparılmayacaq. Balların aşağı salınması isə ümumiyyətlə nəzərdə tutulmur. O həmçinin bildirib ki, vakant yerlərə ilk mərəhələ zamanı ərizəsini təsdiq etməyən, amma müsabiqə şərtini ödəyənlər də ixtisas seçimində iştirak edə bilərlər. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparilacaq.
Tələbə adı qazanan şəxslər isə avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. (Xezerxeber)

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...