BMU-da “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar keçiriləcək
![BMU-da “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar keçiriləcək BMU-da “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar keçiriləcək](https://www.testler.az/articles/pics/tehsil-xeberleri/957/957-bmu-da-bim-ve-insaatda-reqemsal-transformasiya-movzusunda-seminar-kecirilecek-1.jpg?1711133353)
Bakı Mühəndislik Universitetində (BMU) “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar keçiriləcək.
AzEdu.azxəbər verir ki, seminarda “Lahiyələndirmə və tikintidə rəqəmsallaşdırma”, “Memarlıq layihələrində BIM-in istifadəsi”, “Konstruksiya layihələrində BIM-in istifadəsi”, “ISO 19650 beynəlxalq standartlarına uyğun olaraq aktivlərin çatdırılması mərhələsində məlumatların idarəedilməsi ilə bağlı iş axınları və konsepsiyalar” və digər mövzularda təqdimatlar dinləniləcək.
23 fevral 2022-ci il tarixində saat 14:30-17:00 aralığında baş tutacaq seminar hibrid formada (həm BMU-nun əsas binasının akt zalında, həm də onlayn formada) təşkil olunacaq. Seminara onlayn formada qoşulmaq istəyənlərhttps://meet.google.com/czk-jmkx-voilinkinə daxil ola bilərlər.
Qeyd edək ki, iştirak üçün heç bir qeydiyyat tələb olunmur.