tehsil_xeberleri_metn Birinci sinfə gedəcək uşaqların qeydiyyatında nə problemlər var?

Birinci sinfə gedəcək uşaqların qeydiyyatında nə problemlər var?

Birinci sinfə gedəcək uşaqların qeydiyyatında nə problemlər var?

Əvvəlki illərdən fərqli olaraq bu il Bakıda sentyabrda məktəblərdəbirinci sinfə gedəcək uşaqların qeydiyyatına hələ də başlanılmayıb.
Bununla bağlı bir neçə valideyn Milli.Az-a müraciət edərək narahatlıqlıqlarını bildiriblər.
Onların sözlərinə görə, müraciət etdiklərində bir neçə məktəbdə onlara deyiblər ki, məktəbə qəbulla bağlı yeni sistem yaradılacaq. "Əvvəl demişdilər ki, qəbul fevralın əvvəlində başlayacaq, sonra fevralın sonuna dedilər. İndi artıq martın əvvəlidir, amma hələ də xəbər yoxdur. Bu azmış kimi deyirlər ki, Təhsil Nazirliyi bu ildən birinci sinfə qəbulu yalnız yaşayış yerinə görə edəcək".
Valideynlərin narahatlığına aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən bildirdilər ki, məsələ ilə bağlı hələlik yenilik yoxdur, onlar da Təhsil Nazirliyindən xəbər gözləyirlər. Lakin yenilik olan kimi ictimaiyyətə dərhal məlumat veriləcək.

Milli.Az-ın Təhsil Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə isə, şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında qaydalarda, həqiqətən də, dəyişikliklər olacaq və qəbulun gecikməsinin səbəbi də məhz bununla bağlıdır. Bununla əlaqədar yaxın günlərdə ayrıca əmrin imzalanacağı və prosesə start veriləcəyi gözlənilir.
Mənbə yenilikləri tam açıqlamasa da, yeni sistemin məktəbə qəbulda şəffaflığın təmin olunmasına yönəldiyini, qəbul zamanı valideynlərin işinin xeyli yüngülləşdirəcəyini, valideyn-məktəb ünsiyyətini minimuma endirəcəyini, bununla da bir sıra neqativ halların və süründürməçiliyin qarşısını alacağını bildirib.
Qeyd edilib ki, məktəbə qəbulla bağlı vahid elektron baza olacaq və valideynlər də övladlarınınsənədlərini birbaşa elektron yolla təqdim edəcəklər. Valideyn internet vasitəsilə məktəbi seçəcək və sənədləri elektron qaydada yollayacaq. Hətta qəbul prosesində uşağın psixoloji durumu da məktəbdə yoxlanılmayacaq, uşağı əvvəlcə görüb onunla söhbət etməyi də heç kim tələb etməyəcək. Sadəcə bu barədə təqdim olunan müvafiq tibbi arayışa etibar olunacaq.
Ərazi məsələsinə gəlincə, təbii ki, üstünlük məktəbin yaxınlığında yaşayan uşaqlara veriləcək, amma digərlərinin də həmin məktəbə qəbulu üçün hər hansı məhdudiyyət olmayacaq. Bununla yanaşı, məktəblərin bir neçə kateqoriyaya bölünəcəyi də istisna edilmir.
Orta məktəblərə qəbul qaydalarındakı yeniliklərin bütövlükdə nədən ibarət olması böyük ehtimalla müvafiq əmrin imzalanmasından sonra ən qısa müddətdə ictimiayyətə açıqlanacaq.
İlkin İzzət
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...