tehsil_xeberleri_metn Bir sinifdə qanuni neçə şagird olmalıdır? - Təhsil xəbərləri

Bir sinifdə qanuni neçə şagird olmalıdır?

Bir sinifdə qanuni neçə şagird olmalıdır?

Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsindəki 182 saylı orta məktəbin I sinif şagirdlərinin valideynləri övladlarının təhsil aldıqları siniflərdə şagirdlərin sayının həddindən artıq çox olmasından narazılıq ediblər.

Valideynlər bildiriblər ki, I siniflərdə şagirdlərin sayı 35-40 arasındadır, şagird sayının bu qədər çox olması onların uşaqlarının tədrisinə mənfi təsir göstərə bilər.

Qeyd edək ki, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilməlidir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflərdə şagirdlərin sayı 20 nəfərdən az ola bilər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva isə Trend-ə verdiyi açıqlamasında siniflərin 35-40 şagirddən ibarət formalaşmasının səbəbini Binəqədi qəsəbəsinin əhalisinin sayının artması ilə izah edib.

Onun sözlərinə görə, son illərdə Binəqədi qəsəbəsində əhalinin intensiv məskunlaşması nəticəsində burada yaşayanların sayı sürətlə artıb və müvafiq olaraq məktəbyaşlı uşaqların sayı da xeyli çoxalıb.

Binəqədi qəsəbəsinin demoqrafik vəziyyəti və burada başqa məktəbin olmaması nəzərə alaraq, məktəb yaşı çatmış uşaqların məktəbə qəbulundan imtina edilməyib.

A.Tairquliyeva bildirib ki, cari dərs ilinin əvvəlinə 182 nömrəli məktəbdə 11 komplekt 1-ci sinfin açılması planlaşdırılsa da, uşaq sayının artması ilə əlaqədar 17 komplekt 1-ci sinif açılıb.

Valideynlərin digər narazılığına - bəzi I sinif şagirdlərinin müəllimlərinin dəyişdirilməsinə, onların əvvəlcədən müəyyənləşdirilmiş müəllimin sinfinə deyil, yeni sinfə daxil edilməsi ilə bağlı şikayətlərinə gəldikdə isə, A.Tairquliyeva deyib ki, şagirdlərin müəllimləri əvvəlcədən müəyyənləşdirilə bilməz. Şagirdlərin siniflərdə komplektləşdirilməsi barədə məktəb direktorlarına 08.06.2015-ci il tarixdə müvafiq göstəriş verilib.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...