tehsil_xeberleri_metn Beynəlxalq elmi konfrans: Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi

Beynəlxalq elmi konfrans: Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi

Beynəlxalq elmi konfrans: Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi

Fevralın 15-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTACxəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ədəbiyyat İnstitutunun foyesində Məhtimqulu Fəraqi yaradıcılığına və Türkmənistan mədəniyyətinə həsr edilmiş sərgi ilə tanış olublar.

Tədbiri AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Türkmənistan elmi-ədəbi əlaqələrindən danışıb.

Məhtimqulu Fəraqinin zəngin ədəbi irsinin Azərbaycanda geniş tədqiq edildiyini deyən akademik ölkəmizin şairin yaradıcılığının, ideallarının öyrənilməsi baxımından ikinci böyük mərkəz olduğunu söyləyib. Bildirib ki, bu istiqamətdə görülmüş işlərdən biri AMEA alimlərinin ilk dəfə olaraq Bakıda aşkar edib üzə çıxardıqları M.Fəraqinin əlyazma “Divan”ının nəşr edilməsi olub. Bu, Məhtimqulu Fəraqinin 1913-cü ildə Buxara şəhərində daş basması üsulu ilə çap edilmiş və indiyədək naməlum qalan yeganə nüsxəsidir və şairin irsinin öyrənilməsinə ən böyük töhfəmizdir.

İ.Həbibbəyli Məhtimqulu Fəraqinin 300 illiyinin qeyd edilməsi ilə əlaqədar olaraq Türkmənistanda böyük şairə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığını vurğulayıb. O, şairə həsr olunmuş ilk beynəlxalq tədbirin Azərbaycanda keçirildiyini bildirərək, bu baxımdan konfransın önəmini qeyd edib.

Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov Azərbaycanda türkmən xalqının qüdrətli şairi M.Fəraqi yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, Məhtimqulu Fəraqinin yaradıcılığı təkcə türkmən xalqının deyil, dünyanın digər xalqlarının da mədəniyyətinə təsir göstərib.

Səfir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən görkəmli mütəfəkkirin 300 illik yubileyi münasibətilə 2024-cü ilin “Məhtimqulu ili” elan edildiyini diqqətə çatdırıb. O, ortaq mənəvi dəyərlər və dini-mədəni köklərlə bir-birinə bağlı olan Türkmənistan-Azərbaycan münasibətlərindən söz açaraq, son illərdə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da genişləndiyini söyləyib.

Konfransda professor Məmməd Əliyev “Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif şeirinin özəllikləri”, dosent İsmixan Osmanlı “Məhtimqulu Fəraqinin poemaları” və filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova “Məhtimqulu Fəraqi əsərlərinin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tədqiqi məsələləri” mövzusunda məruzələrlə çıxış ediblər. Həmçinin Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun Lüğət, terminologiya və dil mədəniyyəti şöbəsinin müdiri Ata Qılıcov, həmin institutun Xalq yaradıcılığı şöbəsinin elmi işçisi Yusup Lallakov, Müasir türkmən dili və tarixi şöbəsinin elmi işçisi Qurbanberdi Qurbangeldiyev, eləcə də Türkmənistan Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinin sərgi işlərini hazırlama şöbəsinin müdiri Aymırat Amanqılıcov, Türkmənistan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət fakültəsinin Nəqqaşlıq kafedrasının təcrübəçi müəllimi Mıratmergen Kulıyev və AMEA Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi Nizami Tağısoy çıxış edərək M.Fəraqinin ədəbi irsi ilə bağlı fikirlərini bölüşüblər.

Beynəlxalq konfrans işini panel iclasları ilə davam etdirib.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...