BDU: XXI əsrdə baharın gəlişi 20 dəfə martın 19-na düşəcək

BDU: XXI əsrdə baharın gəlişi 20 dəfə martın 19-na düşəcək - 1

“Novruzun tarixi, adət-ənənələri haqqında çox genış yazılır, lakin bu bayramın qeyd olunması məhz astronomik hadisələrlə əlaqəlidir”.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Kəmalə Alışeva"Report"a bildirib ki, Yer oxunun meylli olması hesabına orbit boyunca dolanan zaman müəyyən dövrdə Yerin şimal qütbü daha çox Günəşə doğru dönmüş olur.

O qeyd edib ki, bu vaxt həmin yarımkürədə yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli müşahidə olunur: "Cənub qütbü Günəşə dönmüş olarsa, onda bu yarımkürədə yay fəsli, digər yarımkürədə isə qış bərqərar olur. Yer Günəş ətrafinda hərəkət etdikcə fəsillər bir-birini əvəz edir. Lakin Yer orbitin müəyyən nğqtələrindən keçəndə firlanma oxu elə yerləşir ki, Günəşdən gələn şüalar hər iki yarımkürəyə eyni qədər düşür. Bu zaman yaz və payız fəsilləri müşahidə olunur. Beləliklə, Günəş yaz bərabərliyi nöqtəsinə gələndə qütblər istisna olmaqla Yer kürəsinin bütün hissələrində gecə gündüzə bərabər olur".

"Yerin Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə astronomik payız başlayır. Bu hadisə məhz 20-21 mart tarixinə uyğun gəlir. Bəzi hallarda bu tarix martın 19-na düşür. XXI əsrdə yaz bərabərliyi günü 19 mart tarixinə 20 dəfə, 20 mart tarixinə 78 dəfə, 21 mart tarixinə isə cəmi 2 dəfə düşəcək. Bu il üçün Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə saat 19:33:23-də baş verəcək" - Kəmalə Alışeva əlavə edib.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...