BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tələbələr martın 30-dək “Ümummilli Lider Heydər Əliyev, müasir Azərbaycanın memarlıq abidələri və vətənpərvərlik” mövzusunda rəsm əsərlərini BDU-nun Mədəniyyət-yaradıcılıq mərkəzinə təqdim edə, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeir ifalarını videoformatdamym@bsu.edu.azelektron poçt ünvanına göndərə bilərlər.

Müsabiqədə yalnız BDU-nun bakalavr və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblərə diplom və pul mükafatı veriləcək:

I yer– 500 manat; II yer– 300 manat; III yer– 200 manat.

Əlavə məlumat üçün: Tel: (+994 50) 741-69-67, (+994 55) 784-00-19, e-mail:mym@bsu.edu.az

  • Paylaşmağı unutma

Səhr yaz

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...

Bakı məktəblərində monitorinqlər aparılır

Bakı məktəblərində monitorinqlər aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir. Bu barədə "Report"a idarədən məlumat verilib. Monitorinqlərin ...