BDU-da Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılacaq

BDU-da Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılacaq

Bakı Dövlət Universitetində (BDU) Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılacaq.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, BDU-nun Elmi şurasında həmin məsələ ilə bağlı tədbirlər planı müzakirə edilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər elm və təhsil işçilərinin qarşısında da bir sıra vəzifə və tapşırıqlar qoyur. Görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı səslənən fikirlər BDU kollektivi tərəfindən də tam dəstəklənir: Hesab edilir ki, bu Konsepsiya dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçiriləcək ikinci Böyük Qayıdış Proqramı olacaq.

Tədbirlər planında Qərbi Azərbaycanla bağlı müxtəlif tədqiqatların, sistemli araşdırmaların aparılması, beynəlxalq konfrans, elmi seminar, disputların keçirilməsi, kitabların çap olunması, Qərbi Azərbaycan İcması ilə intensiv əlaqələrin təmin olunması, İcma üzvləri, o cümlədən Qərbi Azərbaycandan deportasiya olunmuş BDU əməkdaşları ilə görüşlərin təşkili və s. nəzərdə tutulur.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...