tehsil_xeberleri_metn Baş nazirin müavini Fuat Oktayla görüşdü - YENİLƏNİB

Baş nazirin müavini Fuat Oktayla görüşdü - YENİLƏNİB

Baş nazirin müavini Fuat Oktayla görüşdü - YENİLƏNİB

Baş nazirin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib.

Bu barədəModern.az-aAzərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyada təmsil olunan bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Türkiyə Respublikasına səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Anıtqəbiri ziyarət etmiş, Atatürkün məzarı önünə əklil qoymuş və Anıtqəbir muzeyi ilə tanış olmuşdur. Baş nazirin müavini Şahin Mustafayev xatirə kitabına ürək sözlərini yazıb.

Eyni zamanda, nümayəndə heyəti Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib.

Ankarada nümayəndə heyətini Türkiyə Respublikasının Vitse-Prezidenti Fuat Oktay qəbul edib. Görüşdə dövlət başçılarımızın səyləri nəticəsində bu gün ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd edilib, uğurlu əməkdaşlığımızın artıq ikitərəfli formatdan çıxaraq, regional inkişafa, stabilliyə və təhlükəsizliyə, o cümlədən bütün türk dünyasına böyük töhfələr verən mühüm faktora çevrildiyi vurğulanıb.

Ümummilli liderlərimiz Heydər Əliyevin “bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” şüarları əsasında inkişaf edən münasibətlərimiz dövlət başçılarımız İlham Əliyevin TANAP layihəsinin açılış mərasimində səsləndirdiyi “Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir” və Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsinin imzalanma mərasimində səsləndirdiyi “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” tezisləri ilə yeni mərhələyə qədəm qoyub.

Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində irimiqyaslı layihələrin icrasında da Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Ermənistan tərəfindən işğal dövründə həmin ərazilərdə hər şey, o cümlədən bütün infrastruktur tam dağıdılmışdır və bunlar müasir tələblərə uyğun yenidən qurulur. Türkiyə şirkətlərinin iştirakı ilə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində hava limanları, su anbarları inşa edilir, avtomobil yolları salınır, dəmir yolları çəkilir, tunellər tikilir və digər bir sıra infrastruktur layihələri gerçəkləşdirilir.

Ankarada nümayəndə heyəti ilə eyni zamanda Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi arasında görüş keçirilib, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunması sahəsində Türkiyə təcrübəsi ətrafında müzakirələr aparılmış, təqdimatlar dinlənilib.

Səfər çərçivəsində 27 yanvar tarixində nümayəndə heyətinin Çamlıdere su anbarına, Gerede içməli su tunelinə və bir sıra digər su təsərrüfatı obyektlərinə yerində baxış keçirməsi, su təsərrüfatı obyektlərinin inteqrasiyalı idarə edilməsi və səmərəli istismarı ilə bağlı fikir mübadiləsi aparması nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyətinin tərkibinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və digər rəsmi şəxslər daxildir.

***

13:44

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ölkə prezidentinin 15 aprel 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyada təmsil olunan bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Türkiyədə səfərdədir.

Modern.azxəbər verir ki, səfər çərçivəsində Türkiyənin vitse-prezidenti Fuad Oktay və Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi ilə görüşlər keçiriləcək, qardaş ölkənin nəhəng su təchizatı obyektləri ilə tanışlıq olacaq.

Azərbaycan nümayəndə heyətinin tərkibinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və digər rəsmi şəxslər daxildir.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.