tehsil_xeberleri_metn Bakının məktəb direktorları üçün "sürpiz" - Təhsil xəbərləri

Bakının məktəb direktorları üçün "sürpiz"

Bakının məktəb direktorları üçün sürpiz

Bakıda fəaliyyət göstərən orta məktəb direktorlarının və tədris hissə müdirlərinin əmək fəaliyyəti yoxlanılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev "Trend"-ə bildirib ki, direktor və tədris hissə müdirlərinin fəaliyyətinin qiymətləndirilməsi müəllimlərin sınaq qiymətləndirilməsinin aparılma formasından tamamilə fərqlənəcək: “Onların qiymətləndirilməsi başqa formada, başqa mexanizmlə aparılacaq. Direktorun dərs saatı ola bilər, amma onun əsas işi idarəetmədir, inzibati işdir”.
E.Əliyev qeyd edib ki, hazırda direktor və tədris hissə müdirlərinin qiymətləndirilməsinin mexanizminin hazırlanması istiqamətində müzakirələr aparılır və müvafiq layihə hazırlanır.
Onun sözlərinə görə, direktor və tədris hissə müdirlərinin fəaliyyətinin qiymətləndirilməsinin bu ilin sonunda, yaxud gələn il ərzində aparılması nəzərdə tutulub: “Bu barədə Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə məlumat veriləcək. Hazırda layihə üzərində iş aparılır”.
E.Əliyev onu da qeyd edib ki, qiymətləndirmə prosesinə Bakının bütün məktəblərinin direktorları və tədris hissə müdirləri cəlb ediləcək və bu, məcburi qaydada olacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...