tehsil_xeberleri_metn Bakıda müəllimlərin “maaş problemi” HƏLL OLUNDU - Təhsil xəbərləri

Bakıda müəllimlərin “maaş problemi” HƏLL OLUNDU

Bakıda müəllimlərin “maaş problemi” HƏLL OLUNDU

Bakı şəhərindəki orta məktəblərdə sertifikasiya prosesindən keçmiş ibtidai sinif müəllimlərinin “maaş problemi” həllini tapıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindənModern.az-a verilən məlumata görə, sertifikasiyadan keçməyə görə yanvar ayı üzrə əməkhaqlarının artımları bu gün müəllimlərin hesabına köçürülüb.Qeyd edək ki,Bakı şəhərində çalışan və sertifikasiyadan keçən ibtidai sinif müəllimləri bir neçə gün öncə yanvar ayının maaşını əvvəlki aylarla müqayisədə artımsız almışdılar. Maaşlar müəllimlərin hesabına köçürülərkən məlum omuşdu ki, 1 sentyabr 2022-ci il tarixindən hesablanan artımlar verilməyib.


Xatırladaq ki, 2022-ci ilin yayında təhsilverənlərin sertifikasiyası prosesinə başlanılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikatlaşdırılma prosesinə cəlb olunub.Proses 11 minə yaxın ibtidai sinif müəllimini əhatə edib.Yekunda 8 mindən çox təhsilverən sertifikasiya prosesindən keçib.

Prosesin test imtahanı mərhələsində 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına 35 faiz, digər müəllimlərin əməkhaqqına isə 10 faiz əlavələr tətbiq olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...