tehsil_xeberleri_metn Bakıda Gənc Alimlərin Respublika Forumu keçirilir - Təhsil xəbərləri

Bakıda Gənc Alimlərin Respublika Forumu keçirilir

Bakıda Gənc Alimlərin Respublika Forumu keçirilir

Bakıda “Qafqazda təhlükəsizlik və çağırışlar” mövzusundaGənc Alimlərin Respublika Forumu işə başlayıb.

“Report” xəbər verir ki, STEM Analitik Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbəyə həsr olunub.

Forumun açılışında Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Milli Məclisin deputatları, tanınmış alimlər, ekspertlər və politoloqlar iştirak edirlər.

STEM Analitik Mərkəzinin rəhbəri Orxan Yolçuyev jurnalistlərə açıqlamasında bildirib ki, forumun əsas məqsədi regionun aktual mövzularında tədqiqat aparmaq bacarığına malik istedadlı gənc alimləri üzə çıxarmaqdır: “Forumda iştirak etmək üçün ən yaxşı tələbələri, bakalavrları, aspirantları seçdik. İştirak etmək istəyənlər əvvəlcədən öz tezislərini bizə göndərməli idilər. Ən yaxşı 70 tezisi seçərək onları bu forumda iştiraka dəvət etdik”.

Deputat Musa Qasımlı isə Qafqaz regionunun öyrənilməsinin vacib olduğunu vurğulayıb: “Hər birimiz yaşadığımız regionu yaxşı tanımalıyıq. Qonşuda yanğın olan zaman evdə sakit oturmaq olmaz. Qafqazşünaslığın böyük perspektivləri var. Odur ki, praktikaya daha çox önəm vermək lazımdır”.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...